Reklam
Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

Texnologiya
19.01.2022 PAYLAŞIM

    İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indiki vaxtda istifadə etmək demək olar mümkün deyil. Lakin buna baxmayaraq həvəskar insanlar onları müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn Dmitri Eluseev adlı Python tərtibatçısı 1989-cu ildə satışa çıxmış Toshiba T3200SX adlı noutbukda bitcoin mayninqini işə sala bilib. Lakin bu proses çox ləng şəkildə gedir. Noutbuklar vasitəsilə kriptovalyutaların mayninq olunması çox geniş yayılmş praktikadır. Lakin adətən bunun üçün gaming noutbuklardan istifadə edilir.

Toshiba T3200SX:


    Toshiba T3200SX noutbuku 16 MHz tezlikdə çalışan Intel 386SX adlı prosessoru əsasında qurulub. Noutbukun bitcoin mayninqi prosesindəki performans göstəricisi saniyədə 15 hash rate təşkil edir. Tərtibatçının hesablamalarına əsasən 1$ dəyərində kriptovalyutanı əldə etmək üçün sözügedən noutbuk 584 milyon il mayninq prosesi ilə məşğul olmalıdır. Dmitri MS-DOS adlı əməliyyat sistemi üzərindən mayninq üçün fərdi proqram təminatını yazıb. Daha sonra o, fərdi proqram təminatını daha köhnə noutbuk modelində yoxlayıb.

Toshiba T1100 Plus:

    Söhbət, 1986-cı ildə satışa çıxmış Toshiba T1100 Plus adlı noutbukdan gedir. Intel 8086 adlı prosessor vasitəsilə çalışan bu noutbuk mayninq prosesində saniyədə 3.6 hash rate performans göstəricisi sərgiləyib. Nəticədə bu cür sistem 1$ dəyərində kriptovalyutanı əldə etmək üçün 2 milyard il ərzində mayninq prosesini reallaşdırmalıdır. Tərtibatçı bildirib ki, 16 bit-lik platformada mayninq prosesini işə salmaq üçün o, fərdi kodunu yazmalı olub. 16 və 32 bit-lik platformalarda dəyişənlərin ölçülərində olan fərq nəticəsində onun proqram təminatını müasir kompüterlərdə emulyatorsuz işə salmaq mümkün olmayacaq. Dmitri tərəfindən yaradılmış proqram təminatını istəyən hər kəs yoxlaya bilər. Belə ki, o öz proqram təminatı barəsində ətraflı məlumatları GitHub-a yerləşdirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×