Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını yaradıb (VİDEO)

Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını yaradıb (VİDEO)

Texnologiya
21.06.2022 PAYLAŞIM

    İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi bir vaxtda həvəskar şəxslər mövcud olan konsolu özləri təkmilləşdirirlər. Bu işlə məşğul olan bloggerlərdən biri PS5-in daxili hissəsini ultranazik gövdəyə yerləşdirə bilib. Məlumatda qeyd edilib ki, bu proses bir xeyli xərc tələb edib. Sözügedən prsesi DIY Perks adlı Youtube kanalının müəllifi Matt Perks reallaşdırıb. Videonun preview fotosuna baxmaqla real PS5 ilə onun qeyri-rəsmi Slim versiyası arasındakı ölçü fərqini görmək olar.


    Belə ki, Matt Perks öz versiyalı PS5 üçün 20 mm-lik qalınlığa sahib gövdə hazırlamaq məqsədini qoyub. Lakin bunun nəticəsində əsl PS5-in ana platasından başqa digər bütün detalları çxartmaq lazım gəlib. Slim versiyalı konsolun yaxşı soyutma prosesini təmin etmək üçün blogger onun gövdəsində mis materialdan istifadə edib. Bu isə öz növbəsində baha başa gəlib. Belə ki, gövdənin mis material örtüyü real PS5-in özündən baha başa gəlib. Bundan əlavə olaraq blogger mini konsolda Alphacool 7x40 radiatorlarından və Noctula NF-A4x20 adlı 7 ədəd pərdən istifadə edib. Həmçinin mini konsolun enerji bloku da dəyişilib. Bütün bu proseslər mini konsolun yaxşı soyudulmasını təmin edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..

×