Həmyerlilərimiz Golden Byte qlobal finalı üçün Ukraynadadırlar: Hansı komandalar çıxış edəcək?

21.05.2018 0 PAYLAŞIM 1077 OXUNMA

Hər il 10.000-dən çox gəncin iştirak etdiyi beynəlxalq IT çempionatı “Qızıl Bayt” artıq 10-cu dəfədir təşkil olunur. Bu il isə Azərbaycan ikinci dəfə bu beynəlxalq yarışda təmsil olunacaq. 20.000$-lıq uduş fonduna malik olan bu yarışda hər il Ukrayna, Belorusiya, Qazaxstan, Rumıniya, Slovakiya, Bolqarıstan və Moldovadan komandalar iştirak edir. Keçən il Azərbaycanın da iştirak etdiyi bu tədbir, ölkəmiz üçün kifayət qədər uğurlu alındı. Ukraynada yarışmış komandalarımız 2 qızıl və 2 bürünc medalla vətənə qayıtdılar. “Create The World” mövzulu bu dəfəki yarışda iştirak etmək üçün komandalar 3 regional mərhələdən keçiblər. Nəticə etibarilə “Qızıl Bayt” yarışının beynəlxalq finalına 7 nominasiya üzrə vəsiqə qazanmış iştirakçılar aşağıdakılardır:

“Game Design” nominasiyası üzrə:

“RIC” layihəsi (Rauf Cəfərov, Çingiz Əhmədov, İlham Abdullayev) 

"Character Design” nominasiyası üzrə:

“EVA” layihəsi (Sevinc Əzimova) 

“Short Movie” nominasiyası üzrə:

“Hər şey bizim Əlimizdədir” layihəsi (Əli Cavid) 

“StartUp Challengenominasiyası üzrə:

“Wand” layihəsi (Elçin Ağazadə, Murad Məmmədov, Anar Əliyev)

"Run to Help" layihəsi (Heydər Gərayzadə, Səbinə Basariyeva, Albina Cəfərova) 

“Mobile Development” nominasiyası üzrə:

“Wi-Fi File Manager” layihəsi (Turxan Bədəlov) 

“Web Project” nominasiyası üzrə:

“Stock Up” layihəsi (Ruslan Bayramov) 

“Junior Competition” nominasiyası üzrə:

“Taskie” layihəsi (Emil İsmayılzadə) 

Sabah yəni 19 May tarixində regional finalda 1 -ci yeri tutumuş iştirakçılar öz layihələrini münsiflər heyyətinə təqdim edəcəklər. 20 May tarixində isə iştirakçılar hər nominasiya üzrə qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışın yekununda təyin olunmuş nominasiyalar üzrə qaliblər elan olunacaq və yarış üçün nəzərdə tutulmuş uduş fondu olan 20.000$ dəyərində mükafatlar qaliblər arasında bölünəcək. 10 ölkənin, 10.000 nəfərin və 3000 layihənin qoşulduğu bu tədbir  Step IT Akademiyası tərəfindən təşkil olunur. Partnyorlar arasında baş sponsor qismində AzerTelecom və dəstəkçi qismində Bakcell Applab İnkubasiya mərkəzini qeyd etmək lazımdır. Yarışın final mərhələsində layihələri IT və startap sahəsində tanınmış mütəxəssislər dəyərləndirir. Keçən il Azərbaycanın ilk dəfə qatıldığı bu tədbirdə ölkəmizi 6 nominasiya üzrə 6 komanda təmsil etdi. “Web Project” nominasiyası üzrə yarışan E-tap.az layihəsi sözügedən nominasiya üzrə yekun finalda 1-ci yerə layiq görüldü. “Character Design” nominasiyası üzrə isə Vaqif Rüstəmov ən yaxşı xarakteri canlandıran şəxs oldu və qızıl medal qazandı. “Team Safety” və “Team Java Jet” komandaları isə uyğun olaraq IoT və Startup Challenge nominasiyaları üzrə 3-cü yeri tuta bildilər. Qeyd edək ki, qaliblərdən biri Step IT Akademiyasında təhsil alan tələbə idi. 6 komanda ilə təmsil olunan Azərbaycan keçən il yarışda effektiv çıxış edən ölkələrdən olmağı bacardı.