Reklam
Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının birində ortaya çıxıb

Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının birində ortaya çıxıb

Texnologiya
20.05.2022 PAYLAŞIM

    Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi. Artıq 1 ildən bir qədər çox vaxtın keçməsinə baxmayaraq Xiaomi şirkəti hələ də onun davamçısını təqdim etməyib. Lakin buna baxmayaraq yeni smart qolbaq barəsində bəzi məlumatlar mövcuddur. İndi isə Xiaomi Mi Band 7 Çinin online mağazalarından birində ortaya çıxıb. İnternet mağazalarından birində Mi Band 7-nin NFC çipə sahib olan versiyası aşkar edilib. Həmin internet mağazada smart qolbağın qiyməti 40$ qeyd edilib.


    Bu, rəsmi qiymət göstəricisi olmasa da reallığı əks etdirə bilər. Belə ki, keçən ilki Mi Band 6-nın NFC dəstəkli versiyasının satışlarına start verilən zaman 43$-a satılırdı. Beləliklə bu il Mi Band 7-nin qiymətində artımın olmayacağını görmək olar. Son məlumatlara əsasən Xiaomi artıq Mi Band 7-nin istehsalına start verib. Onun 490x192 piksel keyfiyyətli 1.56 düym rəngli AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq yeni smart qolbağın GPS sisteminə və Always on Display funksiyasına sahib olacağı da güman edilir. Çox güman ki, şirkət Mi Band 7-ni yaxın zamanda təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...

×