main-post-cover

    HarmonyOS-dan xəbər var: Telefonlar, kompüterlər və planşetlərdə istifadə olunacaq

    Elm & Texnologiya
    23.01.2020
    Nijat Hamid
            Huawei, ABŞ Google ilə olan problemlərdən sonra öz əməliyyat sistemi HarmonyOS-u təqdim etmişdi. Bu gün keçirilən Dünya İqtisadiyyat Forumunda açıqlama verən şirkətin CEO-su Ren Zhengfei, HarmonyOS ilə bağlı bəzi məlumatlar verdi. Ren Zhengfei-nin dedikləri əməliyyat sistemi ilə bağlı bildiklərimizin tamamilə əksində oldu.

    Huawei CEO-su Ren Zhengfei-nin dediklərinə görə HarmonyOS həm telefonlar, həm kompüterlər, həm də planşetlərdə istifadə olunacaq.

            HarmonyOS daha əvvəl də bildirildiyi kimi telefonlar,kompüterlər xaric digər bütün elektronik cihazlarda istifadə ediləcəkdi. Huawei Android sisteminə sadiq qalacağını bildirmişdi. Bu səbəbdən yeni ƏS-i ağıllı saatlar, maşınlar və s.-də istifadə üçün hazırlanırdı. Lakin şirkətin CEO-su HarmonyOS-u telefon, kompüter və planşetlərdə də istifadə edəcəklərini dedi. CEO-nun dediklərinə görə öz sistemlərini hətta qlobal bazara da çıxaracaqlar, sadəcə Çin ilə limitli qalmayacaq.
            Qeyd edək ki, HarmonyOS ilə bağlı son məlumatı Dekabr ayında şirkət rəsmilərindən olan Wang Chenglu vermişdi və demişdi ki, telefonlar və kompüterlər xaric bütün cihazlarda istifadə olunacaq. Lakin Ren Zhengfei-nin məqsədi bütün ekosistemə açılmaqdı. Buradan belə bir nəticə çıxara bilərik ki, şirkət daxilində fikir ayrılıqları var. Bir ehtimal daha olunur ki, ABŞ və Google ilə edilən söhbətlər nəticəsiz qalıb.
     
    Linki kopyala