main-post-cover

    Gücləndirilmiş yeni Galaxy modeli: Galaxy S9 Active

    Elm & Texnologiya
    25.04.2018
    Nijat Hamid
    Dünya nəhənglərindən hesab edilən Samsung-un son flaqman modeli olan Galaxy S9 üçün yeni xəbərlər gəlməyə davam edir. Bu səfər isə ekstrem şərait sevən idmançılar üçün xüsusi istehsal edilən Active seriyası ilə bağlıdı. Sızan məlumatlara görə Galaxy S9 modeli də Active ailəsinə daxil olacaq.
    Galaxy S9 Active suya və zərbələrə xüsusi olaraq dayanaqlı şəkildə istehsal ediləcək.    
    Bu model ana modellərdən fərqli olaraq daha qalın və gücləndirilmiş çərçivələr ilə istehsal ediləcək. Ayrıca digərlərinə nisbətən daha böyük həcmli batareyaya malik olacaq. Sızan məlumatlara görə, telefonun kod adı SM-G893 olacaq. 
    Şəkildən göründüyü kimi Galaxy S9 Active modeli 4000 mAh dəyərində güclü batareya ilə istehsal ediləcək. Ayrıca telefonda Snapdragon 845 çipseti olacaq. 4 GB ramGalaxy S9 modelindəki kameranın eynisi ilə satışa çıxacaq modelin 5.8 inch ölçüsündə ekranı olacaq. Bu model dizayndan çox dayanıqlılığa və performansa diqqət yetirən istifadəçilər üçün daha ideal bir telefon olacaqdır. Cihazın satış qiyməti və nə vaxt çıxacağı hələki bilinmir.
    Linki kopyala