Gözləntilər və onları qarşılamayan reallıq: Lenovo Z5 təqdim olundu
Elm & Texnologiya
05.06.2018
Emil Nəcəfov
Son bir neçə həftə ərzində Lenovo
şirkəti özünün yeni smartfonu olan Z5 modeli ilə maraqları cəlb edirdi. Şirkət
söz verirdi ki, Lenovo Z5 sözün əsl mənasında tam ekranlı (çərçivəsiz və ekran
üzərində çıxıntısız) ilk smartfon olacaq. Bugün Pekində sözügedən smartfonun təqdimatı
keçirildi və məlum oldu ki, Lenovo onun dizaynı barəsində hiyləgərlik işlədib.
Bəli, smartfon ekran üzərində çıxıntı ilə təchiz olunub və onun aşağı hissəsində
nəzərə çarpan çərçivə yerləşdirilib. Smartfon 19:9 nisbətli 2246x1080 piksel
keyfiyyətli 6.2 inç ekrana sahibdir. Ekranın və arxa panelin dözümlülüklərini həmçinin
2.5D Gorilla Glass qoruyucu şüşələri artırır. Lenovo-nun verdiyi məlumata əsasən
Xiaomi Mi 8 və iPhone X-dən fərqli olaraq Z5 daha nazik çərçivələrə sahibdir.
Beləliklə smartfonun ekranı ön panelin 95%-ni deyil 90%-ni əhatə edir.
Texniki
göstəricilərə gəldikdə isə Lenovo Z5 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno
509 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 16 MP + 8 MP
(f/2.0 diafraqmalı) ikili arxa kamera, 8 MP-lik ön kamera və sürətli enerji
yığma özəllikli 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yaxşı xəbər
ondan ibarətdir ki, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 200$, 128 GB
daxili yaddaşa sahib versiya isə 280$ qiymətinə satılacaq. Həmçinin Lenovo Z5
Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Onun satışlarına 12 İyun
tarixində start veriləcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!