main-post-cover

    Gövdəsində naqilsiz qulaqlıqlara sahib Huawei Watch Buds adlı smart saatın real fotoları təqdim edilib

    Elm & Texnologiya
    28.11.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti qeyri-adi smart saat üzərində çalışır. Hazırlanan smart saatın qeyri-adiliyi isə ondan ibarətdir ki, onun gövdəsinin daxilində naqilsiz qulaqlıqlar var. Məlumata əsasən sözügedən smart saat Huawei Watch Buds adını əldə edəcək. İndi isə insayderlərdən biri Huawei Watch Buds-ın real fotolarını təqdim edib. Təqdim edilmiş fotoların həqiqəti əks etdirib-etdirmədikləri bilinmir. Lakin fotolardan da görmək olar ki, smart saat arxa istiqamətə qatlana bilən ekran gövdəsinə və kiçik ölçülü naqilsiz qulaqlıqlara sahibdir. Bu halda smart saatın batareya ölçüsünün nə qədər təşkil edildiyi bilinmir. Huawei Watch Buds-ın nə zaman təqdim ediləcəyi barəsində də bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər