main-post-cover

    GoPro Hero 11 Black action kamera seriyası təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    14.09.2022
    Farid Pardashunas
        GoPro şirkəti yeni action kameralarını təqdim edib. Təqdim edilmiş yeni GoPro Hero 11 Black seriyasına 2 kamera modeli daxil olub: Hero 11 Black Hero 11 Black Mini. Bundan əlavə olaraq şirkət Hero 11 Black Creator Edition adlı komplekti də təqdim edib. Hər 2 action kamera 27 MP-lik kamera obyektivini özündə birləşdirir. Bununla yanaşı kameralar HyperSmooth 5.0 adlı stabilizasiya sisteminə sahibdirlər. Bu sistem istifadəçinin sürəti və aktivliyi əsasında düzgün stabilizasiyanı təmin edir. Şirkət Hero 11 Black modelini dünyanın ən universal action kamerası adlandırır.
        Məsələn kamera vasitəsilə çəkilmiş kontent sürətli şəkildə smartfona ötürülür və proses avtomatik reallaşır. Hero 11 Black modeli saniyədə 60 kadr sürətlə 5.3K, saniyədə 120 kadr sürətlə 4K saniyədə 240 kadr sürətlə 2.7K keyfiyyətində videolar çəkə bilir. Kamera vasitəsilə çəkilmiş şaquli fotoların sürətlə sosial şəbəkələrdə paylaşılma özəlliyi dəstəklənir. Hero 11 Black-də həmçinin yeni gecə çəkilişi effektləri reallaşdırılıb. Onların vasitəsilə gecə zamanı effektli videolar çəkmək mümkündür. 10 bit-lik rəng sistemi isə realistik rəng çalarlarını təmin edəcək.
        Yeni nəsil action kamera 10 metr su dərinliyinə kimi enişə dözümlüdür. Kameranın sahib olduğu Enduro adlı batareya soyuğa davamlıdır və aşağı temperatur mühitində yaxşı çalışma performansını sərgiləyir. Bundan əlavə olaraq adi temperatur şəraitində batareya 38% daha çox çalışa bilir. Hero 11 Black özündə 2 ədəd maye kristallik ekranı birləşdirir. Onlardan biri kameranın arxa hissəsində, digər isə ön hissəsində yerləşir. Action kameranın əldə etmiş olduğu HyperView adlı yeni kamera obyektivi 8:7 nisbətində kadrların əldə edilməsini və onları 16:9 nisbətində genişbucaqlı fotolar kimi ötürülməsi imkanını əldə edib. Hero 11 Black 500$ qiymətində satışa çıxıb.
        Hero 11 Black Mini modelinə gəldikdə isə şirkətin verdiyi məlumata əsasən o, adi Hero 11 Black kimi yüksək çəkiliş performansını təmin edir. Sadəcə olaraq Hero 11 Black-dən fərqli olaraq Mini model daha kompakt ölçüyə sahibdir və istifadədə rahatdır. Onu da qeyd etmək lazımdır ki, Hero 11 Black Mini modeli heç bir ekrana sahib deyil. Kameranın aşağı və arxa hissələrində olan bərkidicilər onu müəyyən yerlərə və ya aksesuarlara bərkitmək imkanını verirlər. Hero 11 Black-in idarəetməsi bir düymə ilə reallaşdırılır. Buna görə də o, istifadədə çox rahatdır.
        Sadəcə olaraq kameranı lazımi obyektə tərəf yönləndirmək və çəkiliş düyməsinə klikləmək lazımdır. Kamera avtomatik olaraq 5.3K keyfiyyətində videoların çəkilişini reallaşdıracaq. Mini modelin sahib olduğun bərk gövdə kameranın daxili detallarını yüksək səviyyədə qoruyur. Bu, GoPro şirkətinin ən dözümlü kameralarından biridir. Adi Hero 11 Black kimi Mini model də Enduro adı batareya və HyperSmooth 5.0 stabilizasiya sistemi ilə təchiz olunub. Hero 11 Black Mini modeli 25 oktyabr tarixində 300$ qiymətində satışa çıxacaq.
        Hero 11 Black Creator Edition komplekti ilk növbədə kontent yaradıcıları üçün nəzərdə tutulub. Şirkət bu komplekti bloggerlər və videoqraflar üçün universal həll üsulu hesab edir. Vahid sistem rolunda çıxış edən bu komplekt yaxşı səs keyfiyyətini, güclü işıqlandırma sistemini və 4K keyfiyyətində 4 saat ərzində videoçəkiliş imkanını təqdim edir. Creator Edition özündə Hero 11 Black kamerasını, kamera batareyasındakı enerji miqdarını artıran GoPro Volta adlı xüsusi tutacağı, işıqlandırma sistemi üçün nəzərdə tutulmuş işıq modulunu, xarici mikrofon rolunda çıxış edən mediamodulu və əlavə Enduro batareyasını birləşdirir. Creator Edition komplekti 700$ qiymətində satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər