Google yeni istifadəçilərin yığılmış konfidensial məlumatlarını avtomatik siləcək

Google yeni istifadəçilərin yığılmış konfidensial məlumatlarını avtomatik siləcək

Texnologiya
25.06.2020 PAYLAŞIM

    Cihazın yerləşdiyi yer, Youtube-da izlənmiş videoların tarixçəsi və axtarış sorğuları barəsində məlumatlar Google servislərindən istifadəni sadələşdirir. Lakin bu cür məlumatların mütəmadi şəkildə yığılması konfidensiallıq məsələsinin müdafiəçiləri tərəfindən tənqid olunur. Bu səbəbdən Google şirkəti bir neçə müddət bundan öncə yeni istifadəçilər üçün konfidensiallıq siyasətində dəyişikliklər etdi. Belə ki, bundan sonra yığılan bu cür personal məlumatlar avtomatik olaraq silinəcəklər.

Google


    Yeni istifadəçi bu cür özəlliyin olduğundan xəbərsiz olsa da bu proses reallaşdırılacaq. Bu barədə Engadget saytı xəbər verib. Google şirkəti istifadəçinin aktivlik tarixçəsinin avtomatik silinməsi funksiyasını hələ keçən il təqdim etmişdi. Lakin bu funksiya standart olaraq deaktiv şəkildədir. Bundan sonra isə yeni istifadəçilərin cihazlarının yerləşmə yerləri və axtarış sorğuları barəsində məlumatlar 18 aydan sonra avtomatik silinəcək. İzlənmiş Youtube videolarının tarixçəsi isə yeni istifadəçilərin hesablarından 36 aydan sonra silinəcək.

    Artıq Google hesabına sahib olan istifadəçilərin hesablarının ayarlarında heç bir dəyişiklik olmayacaq. Onlar sadəcə olaraq veb tarixçənin silinmə funksiyasının olduğu və bu funksiyanı fərdi şəkildə aktivləşdirilməsi mümkünlüyü barəsində bildiriş əldə edəcəklər. Fərdi məlumatların saxlanması özəlliyini Google hesabının veb interfeysində dəyişmək olar. Həmin interfeysdə “Data & Personalization” bölməsinə daxil olub “Activity Controls” hissəsində lazımi funksiyaları aktivləşdirmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Satışa çıxma ərəfəsində olan Tesla Semi-nin nə qədər yol qətt edə biləcəyi məlum..

Elon Musk satışlara hazırlaşan Tesla Semi yük maşınının testləri barəsində məlumat verib...


Xiaomi Buds 4 adlı yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır..

1 dekabr tarixində Xiaomi şirkəti Çində növbəti təqdimat tədbirini keçirdəcək.


ABŞ-da təkrar emala yararlı olan yaşayış evi çap edilib (VİDEO)

ABŞ-da ilk dəfə 3D printer vasitəsilə tam yaşayış evi çap edilib. Bununla belə sözügedən ev tamamilə..


Tesla sadələşdirilmiş Model 3 və büdcəli Model 2 elektromobilləri üzərində çalış..

İnsayderlərin verdikləri məlumatlara əsasən Tesla şirkəti hal hazırda Model 3 elektromobilinin konst..


Xiaomi yeni smart saatını təqdim etməyə hazırlaşır

1 dekabr tarixində Xiaomi şirkəti təqdimat tədbirini keçirdəcək.


Seulda pilotsuz avtobuslar istifadəyə verilib (VİDEO)

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan Hyundai-n tərkibinə daxil olan 42 Dot adlı şir..

×