Google şirkətinin süni zəka sistemi ağciyər xərçəngini həkimlərdən daha yaxşı təyin edir
Elm & Texnologiya
20.05.2019
Emil Nəcəfov
Google şirkətinin mühəndisləri süni zəka və 3D texnologiyalar vasitəsilə ağciyər xərçənginin dəqiq diaqnozunu reallaşdıran sistemi yaradıblar. Həmin sistem ağciyər xərçəngini sertifikatlaşdırılmış professional həkimdən daha yaxşı təyin edir. Bu barədə Rusbase saytı xəbər verib. Tədqiqatların aparılması üçün Google mütəxəssislərinə lazımi məlumatları səhiyyə departamenti və ABŞ-ın Şimal-Qərbi Universiteti təqdim ediblər.
Döş qəfəsinin kompüter tomoqrafiyası vasitəsilə edilmiş 46.000 fotosu sayəsində mühəndislər süni zəkaya ağciyərlərdə zərərli bağlantıların təyin olunmasını və diaqnostika nəticələrinin 3D formatda təqdim edilməsini öyrədiblər. Pasientin müəyyən vaxtlarda edilmiş bir neçə döş qəfəsi fotosuna sahib olduğu hallarda da süni zəka sistemi onları analiz edərək ağciyərlərdə zərərli bağlantıların yaranıb-yaranmamasını təyin edə bilib.
Sistemin nəticələrinin yoxlanılması üçün döş qəfəsi fotoları 6 nəfər sertifikatlaşdırılmış professional radioloq tərəfindən incələnib. Diaqnozun bir foto əsasında təyin olunması halında da süni zəka sistemi öz işinin öhdəsindən insanlardan daha yaxşı gəlib. “Bu sistem xərçəng ehtimalını 5% daha çox təyin etməyi bacarıb və yanlış diaqnozların təyin edilməsi ehtimalını 11% aşağı salıb” - deyə Google şirkəti bildirib. Google şirkətinin süni zəka şöbəsi öz texnologiyalarını 2017-ci ildən bəri tibb sahəsində tətbiq edir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!