Google şirkətinin sahibi olan Alphabet holdinqinin bazar dəyəri 1 trilyon dollara yüksəldi
Elm & Texnologiya
17.01.2020
Farid Pardashunas
Google şirkətinin sahibi olan Alphabet holdinqi tarixində ilk dəfə olaraq 1 trilyon dollar bazar dəyərinə yüksələ bildi. Beləliklə Alphabet 1 trilyon dollar bazar dəyəri statusunu əldə etmiş dördüncü ABŞ şirkəti oldu. Bu barədə Rusbase saytı xəbər verib. 16 dekabr tarixində NASDAQ birjasındakı hərraclar nəticəsində Alphabet holdinqinin səhmləri 0.8 bahalaşaraq 1450$ oldu. Dekabr ayında Google şirkətinin CEO-su Sundar Pichai-nin Alphabet holdinqinə rəhbərlik edəcəyi məlum olandan bəri holdinqin səhm qiymətləri yüksəlməyə başladı.
Məlumatda qeyd edilib ki, Sundar Pichai-nin maaşının şirkətin gəlir göstəricilərindən asılı olacağı məsələsi investorları qane edir. ABŞ-ın dəyərli kağızları və birjaları üzrə komissiyasına təqdim edilmiş sənəddə Alphabet holdinqi qeyd edib ki, Sundar Pichai-nin start maaşı ildə 2 milyon dollar təşkil edəcək. Lakin əgər şirkət öz gəlirləri üzrə məqsədlərinə çata bilsə həmin vəsait 150 milyon dollara yüksələcək. Qeyd etmək lazımdır ki, 1 trilyon dollar bazar dəyəri statusunu əldə etmiş ilk ABŞ şirkəti Apple olmuşdu. Bu, 2018-ci ildə baş vermişdi.
Daha sonra həmin statusu Microsoft və Amazon şirkətləri də əldə etdilər. Hal hazırda Apple ilə Microsoft şirkətlərinin bazar dəyərləri 1 trilyon dollardan çoxdur. Belə ki, Apple 1.38 trilyon dollar bazar dəyərinə, Microsoft isə 1.27 trilyon dollar bazar dəyərinə sahibdir. Həmin vaxtdan bəri Amazon-un bazar dəyəri 931 milyard dollara enib. ABŞ-ın IT nəhənglərindən təkcə Facebook hələ trilyon dollarlıq bazar dəyəri statusuna yaxınlaşmayıb. Onun bazar dəyəri hal hazırda 620 milyard dollar təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)