main-post-cover

    Google şirkəti yeni Pxel 4 smartfon seriyasının təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    17.09.2019
    Emil Nəcəfov
        Google şirkəti hər il ənənəvi olaraq keçirilən Made by Google adlı tədbir üçün olan dəvətnamələri jurnalistlərə göndərib. Beləliklə sözügedən tədbir 15 oktyabr tarixində Nyu Yorkda baş tutacaq. Təqdimat tədbirinin canlı yayımı isə YouTube servisində keçiriləcək. Bu barədə The Verge saytı xəbər verib. Dəvətnamədə “Come see a few new things made by Google” cümləsi əks olunub. Bu isə o deməkdir ki, təqdimat tədbirində şirkət öz yeni məhsullarını təqdim edəcək.
        İlk öncə söhbət, Google Pixel 4Pixel 4 XL smartfon modellərindən gedir. Heç istisna deyil ki, təqdimatda şirkət yeni seriyanın daha büdcəli versiyası Pixel 4a-nı və 5G şəbəkə dəstəkli Pixel 4 XL 5G-ni təqdim etsin. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur insayder Evan Blass da bildirmişdi ki, şirkət öz təqdimat tədbirini 15 oktyabr tarixində keçirdəcək. Beləliklə onun sözləri rəsmi olaraq təsdiqləndi. Bununla yanaşı təqdimat tədbirində Pixelbook 2 noutbuk modelinin və Google Home smart səsgücləndiricisinin də təqdim olunacağı gözlənilir.
    Linki kopyala