main-post-cover

    Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imza atıb

    Elm & Texnologiya
    04.08.2020
    Farid Pardashunas
        Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Beləliklə Google şirkətinin superkompüteri süni zəka sahəsinin MLPerf Training v0.7 adlı aparıcı 8 testindən 6-da performanslıq rekordu sərgiləyib. Bu barədə Zdnet saytı xəbər verib. MLPerf adlı testlər seriyası superkompüterlərdə süni zəka imkanlarının yoxlanması üzrə reprezentativ üsul və machine learning modellərinin təlimatlandırılması üçün istifadə olunan ən effektiv variantdır.
        Sözügedən platformanın yaradıcılarından ibarət olan konsorsiuma 70-dən çox şirkət və dünyanın ən aparıcı universitetlərindən olan tədqiqatçılar qrupu daxildirlər. Google superkompüterləri bu test modellərində rekorda imza atıblar: DLRM, Transformer, BERT, ResNet-50, SSD Mask R-CNN. Birinci - məsləhət sistemi, ikinci - təbii dilin emal olunması, üçüncü - Google şirkətinin yeni axtarış alqoritmi, dördüncü - təsvirlərin təsnifat modeli, beşinci - real dünyada obyektlərin təyin olunması üçün süni zəka və altıncı - təsvirlərdəki obyektlərin seqmentasiyası üçün olan neyron şəbəkə arxitekturasıdır.

    Google tərəfindən MLPerf testlərində istifadə olunmuş superkompüter keçən il bu testlərdən keçərək 3 rekorda imza atmış Cloud TPU v3 Pod adlı superkompüterdən 4 dəfə böyük olub.

        Google superkompüteri özündə 4096 ədəd TPU v3 çipini və yüzlərlə host cihazını birləşdirib. Həmin host cihazlarının hər biri isə ultrasürətli bağlantıya (DCI) qoşulu olub. Ümumilikdə bu superkompüter maksimal yüklənmə zamanı 430 PFLOPS-dan (petaflops) daha çox performans sərgiləyib. “Biz, yeni rekordu TensorFlow, JAX Lingvo-da yenilənmiş machine learning sistemi vasitəsilə əldə etmişik. Nəticədə 8 machine learning modelindən 4-ü 30 saniyə ərzində sıfırdan təlimatlandırılıb” - deyə Google AI təmsilçisi qeyd edib.
        TensorFlow, Google şirkətinin open source koduna sahib machine learning sisteminin kompleksli mühitidir. JAX və Lingvo isə tərkibi funksiyaların dəyişdirilməsi əsasında çalışan və ardıcıl modellər ilə tədqiqatlar üçün nəzərdə tutulmuş yüksək sürətli strukturlardır. “Sonuncu MLPerf nəticələri onu göstərir ki, Google şirkəti machine learning dəstəkli dünyanın ən sürətli öyrənmə qabiliyyətinə sahib superkompüterini yaradıb” - deyə Google şirkətinin bloqunda qeyd edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər