Google şirkəti smart saat və fitnes qolbaq istehsalçısı olan Fitbit'i 2.1 milyard dollara aldı

Google şirkəti smart saat və fitnes qolbaq istehsalçısı olan Fitbit'i 2.1 milyard dollara aldı

Texnologiya
03.11.2019 PAYLAŞIM

    Son bir neçə il ərzində internetdə Google şirkətinin öz smart saat modelini istehsal etməsi planı barəsində məlumatlar ortaya çıxırdı. Nəticədə şirkət indi smart saatlardan başqa fitnes qolbaqlara da sahibdir. Belə ki, şirkət rəsmi şəkildə smart saat və fitnes qolbaq istehsalçısı olan Fitbit-i aldı. Fitbit, daşınıla bilən elektronika sahəsində ən böyük istehsalçılardan biridir.

    Google bildirib ki, Fitbit-in alınmasının əsas məqsədlərindən biri də WearOS əməliyyat sisteminin dəstəyinin genişləndirilməsidir. Əsas xəbər isə Made by Google brendi üzrə şirkətin öz smart saat modellərini hazırlayacağıdır. Bu isə o deməkdir ki, bu cür cihazların hazırlanması, inkişafı və dəstəklənməsi ilə birbaşa Google şirkəti məşğul olacaq.

    Fitbit isə qeyd edib ki, onun mövcud olan cihazları həm iOS həm də Android cihazlarla çalışmağa davam edəcək. İstifadəçilərin aktivlikləri barəsində yığılan məlumatlar isə Google şirkətinin reklam məqsədlərində istifadə olunmayacaqlar. Məlumatda qeyd olunub ki, Fitbit-in alınması Google şirkətinə 2.1 milyard dollara başa gəlib. Müqavilənin 2020-ci ilə kimi bağlanması güman edilir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 smar..


Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tari..

Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy..


Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil ..

Diqqət çəkən sayda smartfon satışa çıxartmaqla Xiaomi şirkəti Huawei, Apple və Samsung ilə rəqabətə ..


Sony Xperia 3 flaqman smartfonu Geekbench testlərindən keçdi

Hələ sentyabr ayının sonunda məlum olmuşdu ki, Sony şirkəti yeni flaqman smartfon üzərində çalışır...


Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Microsoftun ən sevilən əməliyyat sistemi sözsüz ki, Windows 7-dir. Microsoft görünən odur ki, Windo..


Samsung az büdcəli 5G cihazlar üçün MediaTek ilə işləyəcək

5G texnologiyası bilindiyi kimi qismən bahalıdır. İstifadə edilən çiplər telefonların qiymətini arti..