main-post-cover

    Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsini test edir

    Elm & Texnologiya
    11.07.2019
    Farid Pardashunas
        Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsinin testinə start verib. Bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Bu barədə The Next Web saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Shoelace sosial şəbəkəsinin iOS Android versiyası var. Lakin o hələki Nyu Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.
        Sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Bu sosial şəbəkədə istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər. Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu cür konsepsiyaya sahib Schemer adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər