main-post-cover

    Google şirkəti öz tətbiqlərini smartfon istehsalçıları üçün ödənişli edəcək

    Elm & Texnologiya
    17.10.2018
    Emil Nəcəfov
        Avropa Birliyi tərəfindən Google şirkətinin əldə etdiyi 5 milyard dollarlıq rekord cərimədən sonra şirkət Avropadakı siyasətində ciddi dəyişikliklər edir. Belə ki, ilk dəfə olaraq Google, öz smartfonlarında Google Pay ilə digər Google servislərinin olduqları smartfonların istehsalçılarından ödəniş alacaq. Bununla bağlı Gogle şirkəti yeni qaydaları təqdim edib:
    - Gələcəkdə Google şirkətinin tətbiqlərini yaymaq istəyən tərəfdaşlar Android əsasında qurulmuş əməliyyat sistemlərindən istifadə edə biləcəklər. Yəni Google şirkəti tərəfindöən hazırlanmayan qeyri-rəsmi Android əməliyyat sistemlərinə Play Store quraşdırmağa icazə veriləcək.
    - Android əsasında çalşacaq yeni smartfonların istehsalçıları öz cihazlarında Play Store, Gmail, YouTube Google Maps tətbiqlərinin quraşdırılması üçün lisenziya almalı olacaqlar. Lisenziyanın qiyməti barəsində heç bir məlumat verilməyib.
    - Öz cihazlarına yalnız Google Search Google Chrome brauzerini quraşdırmaq istəyən smartfon istehsalçılarına isə Google şirkəti ayrıca lisenziya paketi təqdim edəcək.
        Bu yeni qaydalar 29 Oktyabr tarixindən qüvvəyə minəcək və yalnız Avropanın iqtisadi zonasında satılacaq smartfon və planşet modelləri üçün nəzərdə tutulacaq. Qeyd etmək lazımdır ki, Avropanın iqtisadi zonasına Avropa Birliyinin 28 ölkəsi daxildir. Bu ilin İyul ayında Avropa Birliyi monopoliya məsələsində Google şirkətini günahlandırmışdı. Belə ki, Google şirkəti öz smartfonlarına Play Store quraşdırmaq istəyən istehsalçılardan Chrome brauzeri ilə Google Search axtarış sisteminin məcburi quraşdırılmasını tələb edirdi. Bundan əlavə olaraq Google şirkəti əməkdaşlıq etdiyi smartfon istehsalçılarına alternativ Android versiyalı cihazların satılmasını qadağan edirdi.
    Linki kopyala