main-post-cover

    Google şirkəti öz planşet istehsalı şöbəsini bağladı

    Elm & Texnologiya
    21.06.2019
    Emil Nəcəfov
        Google şirkəti təkcə öz axtarış sistemi ilə məşhur deyil. Belə ki, şirkətin portfoliosunda həmçinin sistem təminatı və cihaz istehsalatı var. Bura əsasən smartfonlar. noutbuklar və planşetlər daxildirlər. Bugün isə şirkət öz cihaz seriyalarından birinin istehsalına son verdiyini və Pixel smartfon modelləri barəsində danışıb. Bu barədə Androidauthority saytına istinadən 4pda saytı xəbər verib.
        Beləliklə şirkət öz planşet istehsalı şöbəsini bağlayıb. Bu barədə şirkətin böyük vitse-prezidenti Rick Osterloh öz Twitter hesabında bildirib. Onun sözlərinə səasən şirkətin strategiya dəyişikliyi yalnız cihaz istehsalına şamil olunacaq. Google həmişəki kimi korporativ və istehlakçı bazar üçün Android ilə Chrome OS əməliyyat sistemlərinin hazırlanmasında aktiv iştirak edəcək. Artıq satılmış Pixel Slate planşetləri isə 2024-cü ilin iyun ayına kimi proqram təminatı yenilənmələrini əldə edəcəklər.
        Məlumata əsasən hazırlanma prosesində olmuş iki ədəd yeni planşet modeli Google şirkətinin keyfiyyət tələblərini yerinə yetirə bilməyib. Bununla yanaşı şirkət strategiyasnın dəyişməsi Pixel smartfon modellərinin istehsalına heç cür təsir göstərməyəcək. Belə ki, onların hazırlanması ilə tamamilə başqa komanda məşğul olur. Pixel 4 ilə Pixel 4 XL smartfon modellərinin bu ilin payız fəslində təqdim olunacaqları gözlənilir.
    Linki kopyala