main-post-cover

    Google şirkəti Huawei ilə əməkdaşlığın bərpası üçün Ağ Evə müraciət edib

    Elm & Texnologiya
    27.02.2020
    Emil Nəcəfov
        Google şirkəti ABŞ hökumətindən Huawei ilə əməkdaşlığın bərpa edilməsi üçün icazə istəyir. Android məhsulların idarə olunması üzrə vitse-prezident Sameer Camat təsdiq edib ki, şirkət həqiqətən də Huawei ilə əməkdaşlığın bərpa olunması üçün Ağ Evə müraciət edib. Bu barədə Androidauthority saytı xəbər verib. Lakin Ağ Evdən hələ cavab gəlməyib və cavabın nə zaman olacağı da bilinmir. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti tərəfindən qəbul edilmiş sanksiyalar səbəbilə Huawei şirkəti öz smartfonlarını Google sertifikatlaşdırmasından keçirdə bilmir.
        Bu səbəbdən şirkətin smartfonlarında Google servisləri çalışmırlar. Buna baxmayaraq ABŞ hökuməti bir sıra şirkətlərə Huawei ilə əməkdaşlığa icazə verib. Məsələn Microsoft şirkəti ABŞ hökumətindən lisenziya əldə edib və Windows əməliyyat sistemini Huawei noutbuklarına quraşdıra bilər. Bu məsələdə belə bir sual ortaya çıxır:
        Ağ Evdən müsbət cavabın gələcəyi halda Huawei şirkəti Google servislərindən imtina edə bilərmi? Belə ki, şirkət artıq HarmonyOS adlı fərdi əməliyyat sisteminə, AppGallery adlı tətbiqlər mağazasına və Huawei Mobile Services adlı servislər platformasına sahibdir. Şirkət bu üç istiqamətə külli miqdarda vəsaitlər yatıraraq onları inkişaf etdirir. Qeyd etmək lazımdır ki, AppGallery artıq qeydiyyatdan keçmiş 1.3 milyon tərtibatçıya, 55.00-dən çox tətbiqə və 170 ölkədən çox regionda ay ərzində 400 milyondan çox aktiv istifadəçiyə sahibdir. 
    Linki kopyala