main-post-cover

    Google şirkəti Glass Enterprise Edition 2 adlı ağıllı eynəyi təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    20.05.2019
    Emil Nəcəfov
        Google şirkəti kommersiya məqsədli istifadə üçün Glass Enterprise Edition 2 adlı ağıllı eynək modelini təqdim edib. Bu barədə Vc.ru saytı xəbər verib. Sözügedən eynək Snapdragon XR1 prosessoru əsasında çalışır. Şirkət bildirib ki, bu prosessor vasitəsilə eynəyin performans göstəricisi yüksəlib və o, computer vision texnologiyasını dəstəkləyir. Eynək həmçinin 820 mAh enerji tutumlu batareya və sürətli enerji yığma funksiyalı USB-C girişi ilə təchiz olunub. Bunun sayəsində ağıllı eynək 8 saat ərzində çalışa bilir.

        Glass Enterprise Edition 2 eynəyi açıq mənbə kodlu Android platforması əsasında çalışır. Cihaz həmçinin biznes üçün olan Android Enterprise Mobile Device Management mobil platformasını da dəstəkləyir. Eynək Wi-Fi və ya Bluetooth vasitəsilə first-person videoların əks etdirilməsi üçün 8 MP-lik kameraya da sahibdir. Eynəyin daxili yaddaş həcmi isə 32 GB təşkil edir. İstifadəçilər bu eynəklərdən təlimatların baxılmasında, fotoların və videoların göndərilməsində və ya digər iş proseslərində istifadə edə bilərlər.

        Google bildirib ki, sözügedən cihazı öz iş prosesinə inteqrasiya etmiş şirkətlərin sözlərinə əsasən onların iş effektivliyi 20-50% yüksəlib. Bu ağıllı eynəyi sifariş edən şirkətlər arasında DHL adlı logistika şirkəti, Sutter Health adlı tibbi təşkilat və kənd təsərrüftı təchizatının istehsalı ilə məşğul olan AGCO şirkəti var. Google şirkəti bu eynəyi 999$ qiymətində satır. Bununla belə Google şirkətinin elə partnyorları var ki, onlar konkret sahələr üçün bu eynəkləri təkmilləşdirirlər. Bundan asılı olaraq eynəyin qiyməti fərqlənə bilər.
    Linki kopyala