Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Texnologiya
22.09.2022 PAYLAŞIM

    Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər. Lakin onların müxtəlif məhsullarda istifadəsi əlavə lisenziyalaşdırma xərcləri ilə əlaqəlidir. Ortaya çıxmış məlumata əsasən Google şirkəti bu vəziyyəti dəyişmək niyyətindədir. Belə ki, verilmiş məlumata əsasən Google Dolby Atmos və HDR formatlarının analoqlarını hazırlayır və həmin analoqlar pulsuz şəkildə istifadəyə veriləcək. Ortaya çıxmış məlumatda qeyd edilib ki, Google şirkəti HDR kontenti və 3D səsi yeni brend altında heç bir lisenziyalaşdırma xərci olmadan təklif etmək üçün yeni video və səs formatlarını təqdim etmək niyyətindədir.

    Məsələn Dolby Atmos və Vision texnologiyalarının istifadəsi yolunda 50$ dəyərində topdan satış qiymətinə sahib mediaplayer istehsalçıları müəyyən lisenziyanın əldə olunması üçün hər məhsula görə 2$ vəsait ödəyirlər. Məlumatda qeyd edilib ki, Google tərəfindən hazırlanacaq yeni video və səs formatları müvafiq sahənin forumu tərəfindən nizamlanacaq və təchizat istehsalçıları ilə xidmət təminatçılarına pulsuz şəkildə təklif ediləcək. Yeni video və səs formatlarının inkişaf platforması qismində Youtube çıxış edə bilər.


    Qeyd etmək lazımdır ki, Youtube öz növbəsində Dolby Atmos və Vision texnologiyalarının dəstəyinə sahib deyil. İnsayderlər güman edirlər ki, şirkət tərəfindən hazırlanan yeni formatlar video və mahnı müəlliflərinə əlavə xərc olmadan Youtube-da daha keyfiyyətli kontentlər yerləşdirməyə imkan verəcəklər. Məlumatda qeyd edilib ki, şirkət Project Caviar kod adına sahib bu təşəbbüs barəsində təchizat istehsalçıları və xidmət təminatçıları ilə müzakirələr aparmağa başlayıb.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×