main-post-cover

    Google şirkəti Çin üçün olan Dragonfly adlı axtarış sistemi layihəsini bağladı

    Elm & Texnologiya
    17.07.2019
    Farid Pardashunas
        Google şirkəti senzura sistemini özündə birləşdirən və Çin bazarı üçün nəzərdə tutulan Dragonfly adlı axtarış sisteminin hazırlanmasını dayandırıb. Bu barədə Engadget saytına istinadən Vc.ru saytı xəbər verib. Daha sonra Google şirkətinin mətbuat xidməti bildirib ki, şirkət Dragonfly layihəsi üzərində işləri dayndırıb və Çin bazarı üçün axtarış sistemini işə salmayacaq. Keçən ilin avqust ayında The Intercept saytı bildirmişdi ki, Google şirkəti çinlilərin axtarış sorğularını izləmək üçün 2008-ci ildə Çinin 265.com saytını almışdı.
        Məhz həmin axtarış sorğularının izlənməsi əsasında Dragonfly layihəsi yaradılmışdı. Daha sonra Google şirkətinin daxilində BeaconTower adlı alət yaradıldı. Bu alət Çində qadağan edilmiş minlərlə saytların siyahısını tərtib etməyə imkan verirdi. Daha sonra həmin alət Dragonfly layhəsinə inteqrasiya edildi. Beləliklə bu üsulla Çində Wikipedia BBC kimi saytlar bloklana bilərdi. Şirkət Dragonfly layihəsi üzərində çalışdığı barəsində ilk məlumatı keçən ilin oktyabr ayında vermişdi.
        Bu məlumatdan sonra Google şirkətinin 300-ə yaxın əməkdaşı Amnesty International təşkilatının aktivistlərinə qoşularaq şirkətdən bu layihəyə son qoyulmasını tələb etmişdi. Onların fikrincə bu layihə güclülərin zəifləri izləməsinə şərait yaradır. Keçən ilin dekabr ayında isə The Intercept saytı bildirmişdi ki, Dragonfly layihəsi barəsində məlumat sızıntısı və bu layihəyə olan çoxlu sayda neqativ fikirlər səbəbilə Google şirkəti Dragonfly layihəsini təxirə salıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər