Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Texnologiya
03.07.2020 PAYLAŞIM

    Brauzerdə bir neçə qovluqla çalışan zaman istifadəçi bəzən səhvən həmin qovluqlardan birini bağlaya bilər. Ən yaxşı halda bağlanmış qovluqdakı səhifəni yenidən yükləmək lazım gələcək. Ən pis halda isə bağlanmış qovluqda olmuş vacib yazılı məlumatlar itəcək. Bu problemi aradan qaldırmaq üçün Google şirəti Chrome brauzerinin desktop versiyası üçün yeni funksiyanı anons edib. Bağlanmış qovluqdakı lazımi məlumatları bu yeni funksiya vasitəsilə tez bir zamanda geri qaytarmaq mümkün olacaq. Bu barədə 9to5google saytı xəbər verib.

    ClosedTabCache adlı texnologiyanın təsviri Google tərtibatçıları tərəfindən təqdim edilmiş sənəddə qeyd edilib. Yeni funksiyanın çalışma mexanizmi hər bir qovluq keşinin qısa müddətli yaddaşda saxlanmasına əsaslanır. Bağlandıqdan bir neçə saniyə sonra qovluğun yenidən açılması halında bütün məlumatlar bərpa olunacaq. ClosedTabCache funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq. Funksiyanın nə zaman istifadayə veriləcəyi və onun Chromium əsaslı digər brauzerlərdə də işə salınıb-salınmayacağı barəsində bir məlumat verilməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil ya..


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..

×