main-post-cover

    Google şirkəti bu il orta büdcəli Google Pixel Desire modelini təqdim edəcək

    Elm & Texnologiya
    05.04.2018
    Farid Pardashunas
        Slashgear saytının məlumatlarına əsasən Google şirkəti 2018-ci ildə Pixel flaqman seriyasından başqa daha bir smartfon da təqdim edəcək. Pixel seriyasından əlavə təqdim olunacaq smartfon orta büdcəli seqment üçün nəzərdə tutularaq aşağı qiymət göstəricisinə sahib olacaq. Onun adı isə Google Pixel Desire olacaq.
        Məlumata əsasən Google Pixel Desire Android Go proqramı çərçivəsində satışa çıxacaq. Bundan əlavə olaraq onun bütün dünyada deyil inkişafda olan ölkələrdə satışa çıxacağı gözlənilir. Yeni büdcəli modelin əsas hədəf regionu kimi Hindistan düşünülür. Əgər Google Pixel Desire Hindistanda uğurlu satılsa şirkət onun bütün dünyada satışını reallaşdırmaq barəsində düşünə bilər.
        Smartfonun adından da göründüyü kimi Google HTC şirkətinə işarə edir. Qeyd etmək lazımdır ki, HTC Google şirkətinin əvvəlki smartfonlarının yaradılmasında iştirak etmişdi. Bundan əlavə olaraq keçən il Google HTC şirkətinin mobil şöbəsini almışdı. Biz isə öz növbəmizdə Google Pixel Desire modelindən normal texniki göstəricilərə və aşağı qiymətə sahib bir smartfon gözləyirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər