main-post-cover

    Google Play-də smartfonlar üçün drayver yenilənmələri işə salınacaq

    Elm & Texnologiya
    05.12.2019
    Farid Pardashunas
        Noutbuk və stolüstü kompüter istifadəçilərindən fərqli olaraq smartfon istifadəçiləri öz cihazlarındakı prosessor və qrafik çiplər üçün aktual drayverlərin quraşdırılması barədə nadir hallarda düşünürlər. Lakin Snapdragon 865 ilə Snapdragon 765 prosessor modellərinin istifadəyə verilməsindən sonra bu vəziyyət dəyişə bilər. Belə ki, bu prosessorlar və onların sahib olduqları qrafik çiplər üçün nəzərdə tutulmuş yenilənmələr üzrə ayrıca paketlər birbaşa Google Play-də ortaya çıxacaq. Bu barədə Androidpolice saytı xəbər verib.
        Bir qayda olaraq müasir smartfonlar böyük yenilənmələri ildə bir dəfə əldə edirlər. Söhbət, hər yeni Android versiyasının istifadəyə verilməsi ilə gələn yenilənmələrdən gedir. Qualcomm şirkəti isə bu vəziyyəti hələ bir neçə müddət bundan öncə anons etmiş olduğu Project Mainline adlı layihə ilə düzəltməyi planlaşdırır. Gözləntilərə əsasən bu layihə vasitəsilə Android smartfonlar üçün olan proqram təminatı yenilənmələri modul xarakteri daşıyacaqlar.
        Belə ki, istehsalçılar əməliyyat sisteminin yeni versiyasının çıxışını gözləməyərək smartfonun ayrı-ayrı komponentləri üçün (kamera, prosessor və ya qrafik çip) yenilənmələr təqdim edə biləcəklər. Məlumata əsasən drayverlərin yenilənməsi özəlliyini yalnız Snapdragon 865 və Snapdragon 765 prosessoruna sahib smartfon modelləri əldə edəcəklər.
        Perspektiv cəhətdən konkret komponentlərin yenilənmələri sayəsində istehsalçılar aktual olan cihazların performanslarını yüksəldə biləcəklər. Bununla belə proqram təminatının yenilənməsinin çıxış müddəti əməliyyat sisteminə sahib olan şirkətdən deyil smartfon istehsalçısından asılı olacaq. Project Mainline layihəsi vasitəsilə drayverlərin yenilənməsi özəlliyinin nə zaman işə salınacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər