main-post-cover

    Google Pixel 5 smartfonunun render fotosu təqdim edilib

    Elm & Texnologiya
    21.02.2020
    Farid Pardashunas
        Front Page Tech adlı Youtube kanalından olan amerikalı bloqqer Jon Prosser, Google Pixel 5 smartfon modelinin render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş fotoda əks olunmuş smartfon ağ rəngli gövdəyə sahibdir və bu dəfə fotoda smartfonun həm arxa həm də ön panelini müşahidə etmək olar.
        Fotodan da görmək olar ki, Google Pixel 5 modeli ön panel baxımından hal hazırda aktual olan Pixel 4-ün ön panelindən heç də fərqlənməyəcək. Belə ki, Pixel 5 modelinin də ekranının yuxarı hissəsində çərçivə yerləşdiriləcək. Lakin Pixel 4-dən fərqli olaraq Pixel 5-də həmin çərçivə bir qədər nazik olacaq. Sözügedən çərçivədə isə ön kamera ilə Soli adlı ötürücü yerləşdiriləcək.
        Smartfonun arxa panelində 3 kamera modulu var. Lakin həmin kameralar qeyri adi sahədə yerləşdiriliblər. Təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində məlumat çox azdır. Sadəcə olaraq güman etmək olar ki, Google Pixel 5 smartfonu Snapdragon 865 prosessoru ilə təchiz olunacaq və 5G şəbəkə dəstəyini əldə edəcək. Pixel 5 smartfon seriyası bu ilin payız fəslində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər