main-post-cover

    Google Pixel 5 smartfonları Snapdragon 865 əvəzinə hansı prosessora sahib olacaqlar?

    Elm & Texnologiya
    20.05.2020
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Google Pixel 5Pixel 5 XL smartfon modelləri flaqman prosessor ilə təchiz olunmayacaqlar. İndi isə internetdə bu məlumatı təsdiqləyən yeni sübut ortaya çıxıb. Bu barədə XDA-Developers saytı xəbər verib. XDA-Developers saytının cstark27 adlı istifadəçisi Android 11 Developer Preview 4-də EUICCGoogle APK adlı tətbiq aşkar edib və həmin tətbiqin kodunda Google şirkətinin gələcək smartfon modelləri və “modem_model_mappings_json” sətri qeyd olunub.
        Sözügedən sətr g7250 modeminin yanında qeyd edilib. Qeyd etmək lazımdır ki, Snapdragon 765 / 765G / 768G prosessor modelləri g7250 kod adına sahibdirlər. Təbii ki, tətbiqin kodunda Google şirkətinin gələcək smartfon modellərinin adları şifrələnmiş şəkildə olublar. Lakin XDA-Developers saytının istifadəçisi həmin smartfonların adlarını təyin etməyi bacarıb. Belə ki, həmin smartfonlar redfin bramble kod adlarına sahibdir.
        Beləliklə əvvəlki məlumat sızıntılarından məlumdur ki, Pixel 5 modeli redfin kod adına, Pixel 5 XL modeli isə bramble kod adına sahibdir. Bununla yanaşı Google şirkətinin Pixel 5 smartfon seriyasının Snapdragon 865 proessoru ilə təchiz olunmayacağını həmçinin Android Police saytının baş redaktoru David Ruddock da təsdiqləyib. Çox güman ki, smartfonlarda flaqman prosesor modelinin istifadə olunmaması onların qiymətlərinin aşağı salınması ilə bağlıdır. 
    Linki kopyala