main-post-cover

    Google Pixel 2-də istifadə edilən Portret kamera modunun kodları yayımlandı

    17.03.2018
    Nijat Hamid
    Google şirkətinin mobil bazarda öz yeni flaqman modelləri olan Pixel seriyası ilə rəqiblərindən bir xeyli fərqləndiyini bilirik.
        Belə ki, ən son flaqman modellərindan biri olan Pixel 2 modelindəki kamera xüsusiyyətləri bir xeyli sevilmişdi. Hələ ki, Portret Mod-u bir çox istifadəçi üçün telefonu almaqda ən böyük səbəblərdən biri idi. Google möhtəşəm bir addım atdı, özüdə elə addım ki, digər mühəndisləri, həmçinin təkmilləşdiriciləri sevindirəcək bir tərəfdən.
    Google Pixel 2 modelindəki xüsusi alqoritm ilə hazırlanmış Portret Mod-unun kodları "Açıq Tipli Kod" şəklində yayımlandı.    
        Bir müddət əvvəl kodları yayımlayan Google-un əsas məqsədi mühəndislərin və ya tətbiq hazırlayan şəxslərin bu kodlar vasitəsilə köhnə model telefonlara Portret Mod dəstəkli kamera tətbiqlərinin gətirilməsinə yardım etmək istəməsidir.
        Qeyd etmək lazımdır ki, xüsusi alqoritm ilə hazırlanan süni zəka hesabına Pixel 2-nin kamerası yolları, insanları, ağacları və s. kimi obyektləri bir-birindən ayırd edərək tək kamera ilə fonu bulanıqlaşdırılmış şəkillər çəkə bilirdi. Ümid edirik, bu kodlardan istifadə edilər və Play Store, App Store kimi tətbiq mağazalarında Portret Mod dəstəkli kamera tətbiqləri görərik.
    Sizcə son illərin ən bəyənilən kamera texnologiyası olan Portret Mod önümüzdəki illərdə standart bir funksiya halını alacaqmı?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər