main-post-cover

    Google öz gizli layihəsi üçün milyonlarla amerikalının tibbi məlumatarını yığır

    Elm & Texnologiya
    12.11.2019
    Emil Nəcəfov
        Google şirkəti özünün Project Nightingale kod adlı gizli layihəsi üçün ABŞ-ın 21 ştatından milyonlarla amerikalının səhhəti ilə bağlı məlumatları yığır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Sözügedən layihə çərçivəsində şirkət ABŞ-ın ən böyük təşkilatlarından biri olan Ascension adlı qeyri kommersiya məqsədli tibbi təşkilat ilə əməkdaşlıq edir. Google laboratoriya tədqiqatları, diaqnozlar, hospitallara yerləşdirmə və s. tərz məlumatları yığır. Yığılmış məlumatlar əsasında gizli layihənin komandası elektron tibbi kartlar yaradır və həmin kartlarda pasientlərin adları, doğum tarixləri və onların bütün xəstəlik tarixçələri əks olunurlar.
        Personal məlumatların yığılmasında isə nə həkimlərə nə də pasientlərə məlumat verilməyib. Əldə olunmuş məlumatlar isə Google şirkətinin minimum 150 əməkdaşı üçün açıqdır. Ascension təşkilatının bir sıra əməkdaşları personal məlumatların yığılması məsələsinin qanuni olub-olmadığı mövzusunu qaldırıblar. Şirkətin hüquqşünasları isə bildiriblər ki, bu, 1996-cı ildə qüvvəyə minmiş informasiya mübadiləsi və tibbi sığorta cavabdehliyi qanununa uyğundur. Lakin bu qanun xəstəxanalara öz tibbi öhdəliklərinin yerinə yetirilməsi üçün yığılmış məlumatların iş partnyorları ilə bölüşmək imkanını verir. Google şirkəti isə bu məlumatlardan yeni proqram təminatının yaradılması üçün istifadə edir.
        Google təmsilçisi bildirib ki, sözügedən layihə səhiyyə üzrə federal qanun ilə uyğunlaşır və pasientlər barəsində olan məlumatların yüksək səviyyədə qorunmasını təmin edir. The Wall Street Journal qeyd edib ki, Google şirkəti ilə Ascension təşkilatı arasındakı əməkdaşlıq ABŞ vətəndaşlarının səhhətlərininin məlumatlar bazasının yaradılması üçün tibbi məlumatların yığılması yolunda bağlanmış ən böyük müqavilədir. Qeyd etmək lazımdır ki, Apple, Amazon Microsoft şirkətləri də səhiyyə sahəsində maraqlıdırlar. Lakin onlardan heç biri bu cür miqyasda razılaşmaya sahib deyil.
    Linki kopyala