Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış sistemini hazırlayır

Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış sistemini hazırlayır

Texnologiya
29.10.2020 PAYLAŞIM

    Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmasına start verib və həmin sistem Google axtarış sistemi ilə rəqabət aparacaq. Apple şirkətinin öz axtarış sistemini yaratmaq istəməsinin səbəbi isə ABŞ-ın antimonopoliya orqanları tərəfindən olan təzyiqdir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin fərdi axtarış sistemini hazırlaması barədə ilk məlumatlar hələ avqust ayında ortaya çıxmışdılar. Belə ki, həmin vaxtda iOS 14 vasitəsilə çalışan cihazlarda veb axtarış edən zaman kənar axtarış sistemi vasitəsilə generasiya edilmiş axtarış nəticələri ortaya çıxırdılar.

    Apple ənənəyə sadiq qalaraq öz layihələri barəsində məlumatları gizli saxlayır. Lakin insayderlərin verdikləri məlumatlara əsasən Apple şirkəti Siri səsli köməkçisinin və süni zəka imkanlarının təkmilləşdirilməsi üçün 2 il müddətinə Google şirkətinin axtarış üzrə keçmiş rəhbəri John Giannandrea-nı işə cəlb etmişdi. Bununla yanaşı Apple şirkətinin vakansiyalarında tez-tez axtarış sistemləri üzrə mühəndis vəzifələrini görmək olar. Bütün bunlardan əlavə olaraq son zamanlarda Applebot axtarış robotunun aktivliyinin artması müşahidə edilir. Qeyd etmək lazımdır ki, bu robot Siri və Spotlight ilə bağlıdır.


    Apple şirkətinin öz axtarış sistemini yaratmaqda həmçinin ABŞ-ın antimonopoliya orqanları tərəfindən olan təzyiq də stimullaşdırır. Belə ki, həmin orqanları Google ilə Apple arasındakı razılaşma heç qane etmir. Həmin razılaşmaya əsasən Google axtarış sisteminin Apple cihazlarında standart axtarış sistemi kimi istifadəçilərə təqdim olunması üçün Google şirkəti hər il Apple şirkətinə külli miqdarda pul ödəyir. Məlumata əsasən bunun üçün Google şirkəti Apple şirkətinə hər il 8-12 milyard dollar vəsait ödəyir. Google şirkətinin bu cür monopoliyası isə kənar axtarış sistemləri ilə rəqabət səviyyəsini sıfıra endirir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×