Google Home ağıllı səsgücləndiricisi eşitdiyi hər bir şeyi yazır

Google Home ağıllı səsgücləndiricisi eşitdiyi hər bir şeyi yazır

Texnologiya
11.07.2019 PAYLAŞIM

    Google Home ağıllı səsgücləndiriciləri hətta istifadəçilərin həmin səsgücləndiricilərə müraciət etmədikləri halda da onların danışıqlarını dinləyir. Bu barədə VRT News saytına istinadən Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə istifadəçilərin danışıqlarının dinlənilməsində Amazon şirkətinin Amazon Alexa ağıllı səsgücləndiricisi də günahlandırılmışdı. Həmin vaxtda Amazon şirkəti bunun doğru olduğunu etiraf etmişdi.

    VRT News saytına bu barədə məlumat vermiş anonim şəxs Hollandiyadan və Belçikadan olan Google Home istifadəçilərinin özəl danışıqlarını özündə əks etdirmiş səs yazısını təqdim edb. Həmin səs yazılarında adi danışıqlar və ailə daxili mübahisələr var idi. Həmin istifadəçilər ağıllı səsgücləndiriciyə “Ok, Google” deyərək müraciət də etməmişdilər.

    VRT News saytı xəbər verib ki, bu məlumatı təqdim etmiş anonim şəxsin işi məhz bu cür danışıqların deşifrələməsi olub. Rəsmi bəyanata əsasən bu, ağıllı səsgücləndiricinin daha da təkmilləşdirilməsi üçün edilir. Lakin Google Home cihazının sənədlərində onun daimi olaraq istifadəçilərin danışıqlarını dinləməsi barəsində heç bir məlumat yoxdur. Google şirkətinin təmsilçiləri bu barədə hələki heç bir fikir bildirməyiblər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..