main-post-cover

    Google Glass Enterprise Edition adlı AR eynəyinin satışlarını dayandırıb

    Elm & Texnologiya
    16.03.2023
    Farid Pardashunas
        Google şirkəti Glass Enterprise Edition 2 adlı AR eynəyinin satışlarını dayandırdığını elan edib. Sözügedən AR eynəyin dəstəyi isə bu ilin payız fəslində dayandırılacaq. Vaxtı ikən Google Glass-ın kommersiya uğursuzluğundan sonra şirkət Glass Enterprise Edition 2 AR eynəyini satışa çıxartdı. Sözügedən model korporativ istifadəçilər üçün nəzərdə tutulmuşdu. 2019-cu ildə isə şirkət bu AR eynəyi Snapdragon XR1 prosessoru ilə təchiz edərək onu yenilədi. Şirkət bildirib ki, AR eynəyin satışları dayandırılsa da, dəstəyi 15 sentyabr tarixinə kimi davam edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, 15 sentyabr tarixinə kimi davam edəcək dəstək çərçivəsində şirkət AR eynək üçün heç bir proqram təminatı yenilənməsini istifadəyə verməyi planlaşdırmır. Digər tərəfdən kənar tərtibatçılar Glass Enterprise Edition 2 üçün müxtəlif növ proqram təminatlarını hazırlamağa davam edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər