main-post-cover

    Google cihazların insan dərisi vasitəsilə idarəsi texnologiyasını patentləşdirib

    Elm & Texnologiya
    07.03.2022
    Emil Nəcəfov
        Google şirkəti geyilə bilən cihazların (smart saatlar, smart qolbaqlar, naqilsiz qulaqlıqlar və s.) idarəsi üçün nəzərdə tutulmuş yeni jest texnologiyasını patentləşdirib. Jestlər vasitəsilə yeni idarəetmə sistemində xüsusi sensorlu panellər əvəzinə cihazın yaxınlığında biləkdəki və ya boyundakı dəridən istifadə etmək nəzərdə tutulub. Patent sənədindəki təsvirlərdə bu texnologiyanın necə çalışacağı əks olunub. Sözügedən texnologiya Skin Interface adını əldə edib. Patent sənədlərinə əsasən bu və ya digər cihazın funksiyalarından istifadə etmək üçün istifadəçi cihazın yanında olarkən öz bədən dərisinə toxunmalı və ya dərisinin üzərində sürüşdürmə hərəkəti reallaşdırmalı olacaq. Müvafiq jest (üfüqi və ya şaquli sürüşdürmə, bir və ya bir neçə barmaq vasitəsilə qısa və ya uzunmüddətli toxunuş) öz növbəsində mexaniki dalğa yaradacaq və cihazın sensorları həmin dalğanı qəbul edəcəklər.
        Gözləntilərə əsasən bu cür üsul vasitəsilə telefon zənglərinə cavab vermək və ya onları sonlandırmaq, qulaqlıqlardakı səsi tənzimləmək və ya oxunan musiqini dəyişmək mümkün olacaq. Şirkət həmçinin müəyyən əmrlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmamış jestlərin filtrasiyası üçün machine learning texnologiyasından istifadə etməyi planlaşdırır. Bunun sayəsində istifadəçi bu və ya digər əmrin işə salınmasından qorxmayaraq rahat hərəkət edə biləcək. Məlumata əsasən Pixel Buds qulaqlıqlarının sahibləri qulaq hissədə olan dəriyə toxunmaqla bu funksiyadan istifadə edə biləcəklər. Hal hazırda bu texnologiya yalnız kağız üzərində mövcuddur. Google şirkətinin onu hansı cihazda və nə zaman reallaşdıracağı bilinmir.
    Linki kopyala