main-post-cover

    Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək

    Elm & Texnologiya
    12.04.2021
    Emil Nəcəfov
        Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reallaşdırılıb. Onun vasitəsilə istifadəçilər digər məşğuliyyətlərindən ayrılmadan Youtube-dakı videonu idarə edə biləcəklər. Hətta əgər Youtube servisi digər qovluqda yerləşsə belə bunu etmək mümkün olacaq. Chrome Canary test versiyasının əsas yeni üstünlüyü ondan ibarətdir ki, o, online videonu idarə etmək funksiyasını özündə birləşdirir.
    Google Chrome
        Funksiyanın kompkat interfeysi sürətli şəkildə Youtube-dakı videonu işə salmağa, dayandırmağa, onu qabağa və ya geriyə çevirməyə və ümumiyyətlə videonu dəyişdirməyə imkan verir. Video fon rejimində işə salındığı halda bunu hətta digər qovluqda da reallaşdırmaq mümkündür. Bu, əsasən brauzerdə web surfing zamanı fon rejimində musiqiyə və podkastlara qulaq asanlar üçün çox rahat bir funksiyadır. Hal hazırda sözügedən funksiya Youtube vasitəsilə çalışsa da məlumata əsasən gələcəkdə dəstəklənən platformaların sayı artacaq. Bu yeni funksiyanın Chrome-un stabil versiyasına yaxın zamanda əlavə olunacağı gözlənilir.
    Linki kopyala