main-post-cover

    Google Camera'dakı Astrofotoqrafiya modu necə işləyir?

    Elm & Texnologiya
    28.11.2019
    Nijat Hamid
            Google mühəndisləri Pixel cihazlarında kamera tətbiqi olaraq Google Camera-nı təkmilləşdirməyə davam edir. 7.0 versiyası ilə Astofotoqrafiya modu əlavə olunan proqram gecə çəkimlərində daha yaxşı performans göstərir. Demək olar ki, artıq hər kəs öz cihazına bir yolunu tapıb Google Camera yükləməyə çalışır. Əlbəttə bu cəhətdən Google-un mühəndislərinə təbrik düşür. Bu günlərdə isə Google öz rəsmi bloqunda Astrofotoqrafiya modunun necə işlədiyini açıqladı. 

    Pixel 4 cihazlarında Google Camera 4 dəqiqəyə qədər ekspozisiya edə bilir. Bunun hesabına şəkillər daha aydın, ulduzlar isə daha parlaq və dəqiq görünür. 

            Google bloqunda yazılanlara görə bu funksiya Pixel 3A cihazlarında da var idi. Lakin sadəcə 1 dəqiqəyə qədər ekspozisiya etdiyi üçün Pixel 4 cihazları qədər yaxşı alınmırdı. Bloqda deyilir ki, bu ekspozisiyalar uzun olduqda ciddi dərəcə bulanıqlığa səbəb ola bilər. Hər ekspozisiya vaxtının 16 saniyədən ibarət olduğunu və 4 dəqiqə ərzində 16 şəkilin birləşdirilib tək şəkil kimi istifadəçiyə verilməsindən də bəhs edilir. Google deyir ki, isti piksel problemlərini də bir sıra yollarla həll edə biliblər. 

    Şəkildə solda isti piksellərin göründüyünü görmək mümkündür. Sağdakı şəkil isə Pixel 4 telefonu ilə çəkilib.

            Mühəndislərin dediyinə görə digər böyük problem avtofokus problemi imiş. Bunu isə hər dəfə şəkil çəkildən sonra avtofokusu işə salaraq həll ediblər. Sonuncu problem çəkilən şəkillərdə rəng doğruluğunun reallığa yaxın alınması idi. Google mühəndisləri bunun üçün xüsusi alqoritmalar yazaraq maşın öyrənməsindən (machine learning) istifadə ediblər. 

    Şağdakı şəkildə isə Google Cameranın zəif işıqda səmanı necə çəkdiyini görmək mümkündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər