Google axtarış sistemi bugün 21 yaşını qeyd edir
Elm & Texnologiya
27.09.2019
Farid Pardashunas
Dünyanın ən məşhur axtarış sistemi olan Google elmi-tədqiqat statusu çərçivəsində 2 illik iş prosesindən sonra 1998-ci ilin sentyabr ayında rəsmi olaraq istifadəyə verilmişdi. Beləliklə bu axtarış sistemi bugün 21 yaşını qeyd edir. Bu səbəblə bugün axtarış sisteminin baş səhifəsində yubiley açıqcası yerləşdirilib. Bu barədə Cnet.com saytı xəbər verib. Axtarış sisteminin baş səhifəsində yerləşdirilmiş yeni doodle vasitəsilə şirkət həmin illərdə tipik kompüterin necə göründüyünü istifadəçilərin nəzərinə çatdırmaq istəyib.
Həmin vaxtda şirkətin yaradıcıları “İnternetdə hipermətnli və irimiqyaslı axtarış sisteminin anatomiyası” başlığına sahib məqalə dərc etmişdilər. Həmin vaxtda onlar 24 milyon səhifənin yerləşəcəyi bazanın prototipini təsvir etmişdilər. “Biz, Google adını ona görə seçdik ki, o, googol ədədinin yazılışını xatırladırdı və 10100 ədədinin kombinasiyasına bənzəyirdi. Bu cür ad bizim irimiqyaslı axtarış sistemlərini yaratmaq planımıza uyğun idi” - deyə Google şirkətinin yaradıcıları Sergey Brin və Larry Page bildiriblər.
Bugünki gündə Google axtarış sistemi gün ərzində milyardlarla sorğunu emal edir. Google axtarış sisteminin özü isə böyük bir şirkətə çevrildi hansı ki, dünyanın ən böyük korporasiyalardan biri olan Alphabet-in tərkibinə daxildir. Alphabet isə bir çox sahələrdə fəaliyyt göstərir. Mobil tətbiqlərdən tutmuş avtopilot sistemli avtomobillərdəki avtomobil sistemlərinə kimi. Maraqlısı ondadır ki, Google axtarış sistemi öz ad gününü fərqli-fərqli günlərdə qeyd edir. Məsələn keçən il bu münasibətlə yaradılmış doodle 24 sentyabr tarixində yerləşdirilmişdi. 2004-cü ildə 7 sentyabr tarixində, 2003-cü ildə isə 8 sentyabr tarixində ad günü qeyd edilmişdi. Güman olunur ki, bu, axtarış sisteminin ilk illərində onunla baş vermiş əsas hadisələrin tarixçələri ilə bağlıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ