Reklam
Google axtarış sistemi bugün 21 yaşını qeyd edir

Google axtarış sistemi bugün 21 yaşını qeyd edir

Texnologiya
27.09.2019 PAYLAŞIM

    Dünyanın ən məşhur axtarış sistemi olan Google elmi-tədqiqat statusu çərçivəsində 2 illik iş prosesindən sonra 1998-ci ilin sentyabr ayında rəsmi olaraq istifadəyə verilmişdi. Beləliklə bu axtarış sistemi bugün 21 yaşını qeyd edir. Bu səbəblə bugün axtarış sisteminin baş səhifəsində yubiley açıqcası yerləşdirilib. Bu barədə Cnet.com saytı xəbər verib. Axtarış sisteminin baş səhifəsində yerləşdirilmiş yeni doodle vasitəsilə şirkət həmin illərdə tipik kompüterin necə göründüyünü istifadəçilərin nəzərinə çatdırmaq istəyib.


    Həmin vaxtda şirkətin yaradıcıları “İnternetdə hipermətnli və irimiqyaslı axtarış sisteminin anatomiyası” başlığına sahib məqalə dərc etmişdilər. Həmin vaxtda onlar 24 milyon səhifənin yerləşəcəyi bazanın prototipini təsvir etmişdilər. “Biz, Google adını ona görə seçdik ki, o, googol ədədinin yazılışını xatırladırdı və 10100 ədədinin kombinasiyasına bənzəyirdi. Bu cür ad bizim irimiqyaslı axtarış sistemlərini yaratmaq planımıza uyğun idi” - deyə Google şirkətinin yaradıcıları Sergey BrinLarry Page bildiriblər.

    Bugünki gündə Google axtarış sistemi gün ərzində milyardlarla sorğunu emal edir. Google axtarış sisteminin özü isə böyük bir şirkətə çevrildi hansı ki, dünyanın ən böyük korporasiyalardan biri olan Alphabet-in tərkibinə daxildir. Alphabet isə bir çox sahələrdə fəaliyyt göstərir. Mobil tətbiqlərdən tutmuş avtopilot sistemli avtomobillərdəki avtomobil sistemlərinə kimi. Maraqlısı ondadır ki, Google axtarış sistemi öz ad gününü fərqli-fərqli günlərdə qeyd edir. Məsələn keçən il bu münasibətlə yaradılmış doodle 24 sentyabr tarixində yerləşdirilmişdi. 2004-cü ildə 7 sentyabr tarixində, 2003-cü ildə isə 8 sentyabr tarixində ad günü qeyd edilmişdi. Güman olunur ki, bu, axtarış sisteminin ilk illərində onunla baş vermiş əsas hadisələrin tarixçələri ilə bağlıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.

×