Google, Apple Safari brauzerinde 5 təhlükəli açıq aşkarladı

Google, Apple Safari brauzerinde 5 təhlükəli açıq aşkarladı

Texnologiya
23.01.2020 PAYLAŞIM

        Google, Apple şirkətinə məxsus olan və cihazlarında istifadə edilən Safari brauzerinde təhlükəli 5 açıq aşkarladı. Bu açıqlar əsasən iPhone modellərində özünü göstərir. Google təhlükəsizlik mütəxəssislərinin dediklərinə görə bu açıqlar hesabına istifadəçinin bütün hərəkətlərini izləmək mümkün olur. Lakin bu ilk dəfə olmur.

1 il öncə Google mütəxəssisləri, iOS sistemində şəxsi məlumatların ələ keçirilməsini mümkün edən 14 açıq tapmışdı.

        Əlbəttə, bu açıqlar tam ətraflı şəkildə Apple mütəxəssislərinə bildirilmişdi. Sonradan bu açıqlar bağlanmış və iOS daha təhlükəsiz bir yenilənmə ilə istifadəçilərini qoruya bilmişdi. Apple şirkətinin illər əvvəl Safari brauzerinə əlavə etdiyi Do not Track (İzlənmənin qarşısını almaq) funksiyası qarışıq alqoritmalara malik olduğu üçün xakerlər tərəfindən istifadə olunub məlumatlar ələ keçirilə bilirdi. Bu açıqlardan yararlanan Google mütəxəssisləri istifadəçinin girdiyi bütün saytları görə bilirdi, həmçinin Digital Barmaq İzi yaradaraq o istifadəçini hər yerdə izləyə bilirdilər. Apple şirkəti bunları qəbul etməsə də, 2019 Dekabr ayında bu açıqlar üçün yenilənmə yayımlandı və hamsı həll edildi. Do Not Track funksiyasını hazırlayan Apple mütəxəssisi John Wilander, Google-a öz təşəkkürlərini bildirdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti One UI interfeysinin dizaynını Windows-un dizaynına bənzədə bilə..

Samsung smartfonlarının əsas özəlliklərindən biri də onların One UI adlı istifadəçi interfeysinə sah..


Huawei şirkəti AppGallery tətbiqlər mağazasının üstünlüklərindən danışdı..

Huawei şirkəti HMS ekosisteminə (Huawei Mobile Services) daxil olan və Google servislərinin alternat..


Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum o..

Yaxın müddət ərzində Motorola şirkəti 3 yeni smartfon modelinin təqdimatını keçirtməlidir...


Redmi-nin rəhbəri Redmi K30 Pro-nun qiymətinə işarə etdi

Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqr..


Avropa Birliyinin yeni qanun layihəsi smartfonlardakı batareyaların dəyişdirilmə..

Bir çox müasir smartfonların istifadəçiləri fərdi şəkildə öz cihazlarının batareyalarını dəyişə bilm..


12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker

Google Play Store üzərində yayımlanan 12 Android tətbiqində Joker virusu tapıldı. Siyahısını verdiyi..