main-post-cover

    Google Android əməliyyat sistemində olan öz tətbiqlərinə kəskin lisenziya qiymətləri tətbiq etdi

    Elm & Texnologiya
    20.10.2018
    Emil Nəcəfov
        Android əməliyyat sistemli smartfonların istehsalçıları Google şirkətinə Play Store və şirkətin digər servislərinin öz smartfon modellərinə quraşdırılması üçün lisenziya ödənişi edəcək. Qeyd etmək lazımdır ki, söhbət yalnız Avropa İqtisadi Zonasına daxil olacaq smartfon modellərindən gedir. Yəni Avropa ərazisində satılacaq smartfonlardan söhbət gedir. The Verge saytının verdiyi məlumata əsasən Android smartfon istehsalçıları Google şirkətinə hər bir smartfona yazılmış Google servislərinə görə 40$ ödəyəcək.
        Qeyd etmək lazımdır ki, Google şirkəti smartfon istehsalçıları ilə əməkdaşlıq qaydalarının dəyişilməsi barəsində xəbəri 16 Oktyabr tarixində bildirmişdi. Bunun əsas səbəbi isə Avropa Komissiyasının şirkəti 5 milyard dollar dəyərində cəzalandırması olub. Avropa Komissiyası şirkəti əməliyyatlar sistemi bazarındakı monopoliyasına görə cəzalandırmışdı. Şirkətin yeni qaydaları Google Mobile Services paketinin quraşdırıldığı və 1 Fevral 2019-cu il tarixindən Avropa İqtisadi Zonasında satışa çıxacaq smartfon və planşet modellərinə aiddir.
        Avropa İqtisadi Zonasına Avropa Birliyinin 28 ölkəsi daxildir. The Verge saytının verdiyi məlumata əsasən Google şirkətinin istehsalçılardan alacağı lisenziya ödənişlərinin miqdarı smartfon və planşetlərin satışa çıxacaqları ölkədən və cihazların ekranlarının hər bir düymü üzrə piksellərin sıxlığı (PPI) göstəricilərində asılı olacaq. Piksellərin sıxlığı nə qədər yüksəkdirsə cihaz da bir o qədər bahadır.
    - Ən yüksək qiymət göstəricisi: Hər cihaza görə 40$. Bu qymət göstəricisi İngiltərədə, İsveçdə, Norveçdə, Almaniyada və Niderlandda satışa çıxacaq cihazların ekranlarının hər bir düymünə düşən piksellərin sıxlıqlarının 500-dən yuxarı olanları üçün təyin edilib.
    - 400-500 PPI göstəricili cihazlar üçün lisenziya ödənişi 20$ təşkil edəcək.
    - 400 PPI-dan aşağı göstəricili cihazlar üçün lisenziya ödənişi 10$təşkil edəcək. Bəzi ölkələrdə isə bu göstərici hər cihaza görə 2.5$ olacaq.
    - Avropa İqtisadi Zonasında satışa çıxacaq bütün planşet modelləri üçün isə lisenziya ödənişi standart olaraq 20$ təşkil edəcək.
        Bundan əlavə olaraq Google şirkəti bundan sonra öz cihazlarının ana ekranlarında Chrome Google Search servislərini yerləşdirmiş istehsalçılar ilə öz gəlirini bölüşməyəcək. Bunun əvəzinə şirkət istehsalçılara digər təklifi təqdim edəcək. Belə ki, sözügedən servislərin əsas elementlər kimi öz cihazlarına yerləşdirmiş istehsalçılara lisenziya ödənişlərində endirim paketləri təklif olunacaq. Google şirkəti isə öz növbəsində bu xəbər barəsində fikir bildirməkdən imtina edib.
    Linki kopyala