GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ

GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ

Texnologiya
21.10.2020 PAYLAŞIM

    ABŞ-ın GMC şirkəti elektromühərrik ilə təchiz olunmuş Hummer EV modelini təqdim edib. Təqdim olunmuş yeni Hummer EV-in əsas özəllikləri arasında yüksək at gücü və qəliz relyefli yerlərdən xərçəng tərz keçmək rejimi var. Şirkət artıq elektrikləşdirilmiş bu pikapın satış tarixini və qiymətini açıqlayıb. Hummer EV pikapı GM Ultium arxitekturası əsasında qurulmuş ilk məhsuldur. Pikap yalnız 1 gövdə variantında satılacaq və onun 4 ədəd qapısı olacaq. Hummer EV-in uzunluğu 550 sm, hündürlüyü isə 206 sm təşkil edir. Hər bir Hummer EV-in komplektində Sky adlı 4 ədəd dəyişilə bilən şəffaf paneldən ibarət transformasiyalı Infinity tavanı olacaq.


    Bununla yanaşı pikap 18 düym-lük disklərə quraşdırılmış 35 düym-lük təkərlərə sahibdir. Bununla belə təkərlərin dönmə bucaqları 50 dərəcə təşkil edir. Pikap gövdəsinin aşağı hissəsində iki ədəd kamera mövcuddur. Həmin kameralar yolda olan maneələri və hər 4 təkərin daxili hissələrini əks etdirir. Bu isə daşlıq ərazilərdə sürücüyə böyük üstünlük verir. Bazara ilk olaraq Hummer EV Editon 1 modeli satışa çıxacaq. Bu model 200 kilovatt saat həcmli batareya və ümumi 1000 at gücünə sahib 3 ədəd elektromühərrik ilə təchiz olunub. Bu model bir dəfə şarj olunandan sonra 563 km yol qətt edə bilir.

    Bununla yanaşı pikapın batareyası sürətli şarj texnologiyasını da dəstəkləyir. 350 kilovatt gücə sahib şarj stansiyasında 10 dəqiqə ərzində şarj olunandan sonra Hummer EV Edition 1 modeli 160 km yol qətt edə bilər. Sözügedən modelin qiyməti 112.595$ təşkil edir. 1 ildən sonra onun EV3X adlı 3 elektromühərrikli daha büdcəli versiyası satışa çıxacaq. Onun qiyməti 99.995$ təşkil edəcək. 2023-cü ilin yaz fəslində 2 mühərrikli Hummer EV2X modeli satışa çıxacaq və onun qiyməti 89.995$ təşkil edəcək. Pikapın daha kiçik versiyası olacaq 2 mühərrikli Hummer EV2 modeli isə 2024-cü ilin yaz fəslində satışa çıxacaq və 79.995$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×