main-post-cover

    Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinqi əks olunacaq

    Elm & Texnologiya
    30.11.2020
    Farid Pardashunas
        Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ibarət olur. Buna misal olaraq smartfonun konstruksiyasında olan və komponentlərin dəyişdirilməsini qəlizləşdirən çoxlu miqdarda kleyi gətirmək olar. Bununla belə smartfon konstruksiyasında bu cür özəlliklərin olduğunu smartfonu almazdan öncə bilmək mümkün deyil. Lakin yaxın müddətdə bu vəziyyət yaxşıya doğru dəyişəcək. Belə ki, Avropa parlamenti elektron cihazların təmir olunma mümkünlüyünü əks etdirən reytinq göstəricisinin qeyd olunması qanununu qəbul edib.
    Cihazın təmir olunma mümkünlüyünü əks etdirən şkala:
        Bu barədə 4pda saytı xəbər verib. Bu qanun çoxlu sayda səsvermə nəticəsində qəbul edilib. Yeni qanunun lehinə 395 nəfər şəxs, əlehinə isə 94 nəfər şəxs səs verib. Beləliklə yanvar ayından başlyaraq Fransa regionunda smartfon, noutbuk və digər elektron cihazların qutuları üçün bu cür stikerlər istifadəyə veriləcək. Həmin stikerlər bu və ya digər məhsulun təmir olunma mümkünlüyünün reytinqini əks etdirəcək və sözügedən qiymətləndirmə 10 xallıq şkala üzrə təyin ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər