main-post-cover

    Gələn ildən Huawei öz smartfonlarını HarmonyOS əməliyyat sistemi ilə satışa çıxardacaq

    Elm & Texnologiya
    09.12.2019
    Farid Pardashunas
        Bu ilin avqust ayında Huawei şirkəti HarmonyOS əməliyyat sistemini təqdim edən zaman bildirmişdi ki, şirkət hələ öz smartfonlarına bu əməliyyat sistemini inteqrasiya etməyi planlaşdırmır. Lakin görünür, şirkətin planları dəyişib. Bu barədə Mydrivers saytı xəbər verib. Belə ki, Huawei şirkətinin proqram təminatı hazırlanması şöbəsinin prezidenti Wang Chenglu jurnalistlərə bildirib ki, HarmonyOS əməliyyat sisteminə sahib ilk smartfonlar artıq gələn il satışa çıxacaqlar.
        Maraqlısı ondadır ki, bu əməlyyat sistemini təkcə Çin bazarında satışa çıxacaq smartfonlar deyil həmçinin qlobal bazarda satışa çıxacaq smartfonlar da əldə edəcəklər. Şirkət əməliyyat sisteminin kod mənbəsini gələn ilin avqust ayında təqdim etməyi söz verib. Şirkətin öz smartfonlarını HarmonyOS-ə keçid etməyi nəzərdə tutması o demək deyil ki, şirkət Android-i tamamilə əvəz etməyi istəyir. Wang Chenglu qeyd edib ki, Google şirkətinin əməliyyat sistemi hələ də şirkət üçün prioritet olaraq qalır. Ola bilər ki, gələn il təqdim ediləcək Huawei P40 smartfonu HarmonyOS-i əldə edəcək ilk smartfon modeli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər