main-post-cover

    Gələcəyin ictimai nəqliyyatı Hyperloop'la Bakıdan Qazağa 25 dəqiqə!

    Elm & Texnologiya
    11.04.2018
    Orxan Oguz
        Musk, yeni kapsul dizaynı ilə səs sürətinin yarısına qədər çıxmağı yoxladığını və daha sonra isə əyləci sıxaraq kapsulu dayandırdığını deyir. Bir şənbə günü isə Musk kapsulunu səs sürətinə qədər, yəni təxminən 1234 kilometrlik sürətə qaldıracağını bildirdi. Nəticə isə parçalanmış kapsul oldu.
        Bazar axşamları paylaşdığı çılğın tvitlərlə tanınan Elon Musk yeni nəsil ictimai nəqliyyat Hyperloop üçün inkişaf etdirdikləri prototiplə bu sahədəki səs rekordunu yenidən qırmağı hədəflədiklərini bildirib. İnsanların 1125 km saat sürətlə şəhərlər arasında səyahət etməsini düşünən və Hyperloop üçün işlərin başlamasını təmin edən Elon Musk səs sürətinin mənfi nəticələnə biləcəyini və nəqliyyat vasitəsinin parça-parça ola biləcəyini bildirir. Bu səbəblə, sürət testi insansız baş tutacaq. Musk, SpaceX və Tesla tərəfindən inkişaf etdirilən Hyperloop vasitəsinin testi üçün dəqiq tarix verməyib ''tezliklə'' cümləsi ilə kifayətləndi. 
    Linki kopyala