main-post-cover

    Gələcək Apple Watch modellərini əlavə quraşdırılan modullar vasitəsilə təkmilləşdirmək olacaq

    Elm & Texnologiya
    14.02.2020
    Emil Nəcəfov
        Apple Watch smart saatları hər yeni versiyalar ilə tamamilə yeni funksiyalara sahib olurlar. Lakin istifadəçilər zavodlarda quraşdırılan texniki imkanlar ilə məhdudlaşdırılırlar.Yaxın gələcəkdə bu problem həll oluna bilər. Belə ki, şirkət yeni Apple Watch versiyasının patentini əldə edib. Həmin patentdəki təsvirlərə əsasən istifadəçi heç bir qurğudan istifadə etməyərək əlavə taxıla bilən modullar vasitəsilə öz Apple Watch modelini təkmilləşdirə bilər.
        Bu barədə Appleinsider saytı xəbər verib. Apple şirkəti yeni versiya Apple Watch-un patentini ABŞ-ın ticarət nişanları və patentləri agentliyində qeydiyyatdan keçirdib. Həmin patent “Saatlar üçün modul sistemi” adını əldə edib. Patentdə əks edilmiş çertyojlara əsasən Apple Watch-a əlavə modulların yerləşdirilməsi prosesi smart saatın aşağı hissəsindən reallaşdırılacaq.
        Əlavə modullar xüsusi boltlar vasitəsilə quraşdırılacaq. Bundan əlavə olaraq Apple şirkəti sudan və tozdan qorunma standartı üzrə cihazın dözümlülüyünün qorunub saxlanılmasını vacib məqam kimi qeyd edir. Əlavə modullar qismində sensorlar, batareyalar, əlavə köməkçi ötürücülər və s. ola bilərlər. Apple şirkətinin modul sisteminə sahib ilk cihazlarının nə zaman işıq üzü görəcəyi bilinmir. 
    Linki kopyala