main-post-cover

    Galaxy S11+ smartfon modelinin texniki özəllikləri və təqdimat tarixi sızdırıldı

    Elm & Texnologiya
    26.11.2019
    Farid Pardashunas
        İnternetdə Galaxy S11+ smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfə insayderlər smartfonun texniki özəlliklərindən əlavə olaraq onun qiyməti və təqdimat tarixi barəsində məlumatları aşkar ediblər. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə insayderlərin verdikləri məlumata əsasən Galalxy S11+ modeli Galaxy S seriyasının tarixi ərzində ən böyük ekrana sahib olacaq.
        Belə ki, smartfon 2K keyfiyyətli 6.9 düym ekran ilə təchiz olunacaq və 120 Hz təsvir yenilənməsinə sahib olacaq. Bundan əlavə olaraq Galaxy S11+ Space Zoom adlı 100 qat hibrid zoom özəllikli 108 MP-lik əsas kamera, teleobyektiv və 10 qat optik zoom özəlliyinə sahib 48 MP-lik ikinci kamera ilə təchiz olunacaq. Ice Universe ləqəbli məşhur insayder həmçinin qeyd edib ki, Galaxy S11 smartfonları lazer avtofokusuna da sahib olacaqlar.
        Verilmiş yeni məlumatda qeyd edilib ki, Galaxy S11+ Snapdragon 865 / Exynos 990 prosessoru, 8 GB RAM və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əasən yeni Galaxy S seriyasının təqdimatı 11 fevral tarixində baş tutacaq. Satışlara isə 6 mart tarixində start veriləcək. Galaxy S11+ modeli 999$-a satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər