Galaxy S11 tamamilə fərqli ad ilə satışa çıxa bilər
Elm & Texnologiya
25.12.2019
Farid Pardashunas
Gələn ilin fevral ayında Samsung şirkəti öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir və ənənəyə sadiq olaraq bunun Galaxy S11 seriyası olacağı gözlənilir. Lakin indi həmin smartfonların adları barəsində yeni məlumat ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Bir neçə nüfuzlu insayderin verdiyi məlumata əsasən şirkətin növbəti flaqman smartfon seriyası Galaxy S20 adlanacaq.
Ice Universe ləqəbi ilə tanaınan məşhur insayder qeyd edib ki, gələn il 2020-ci ildir və 20 yeni başlanğıcdır. Əgər onların məlumatları təsdiqlənsə deməli gələn ilin fevral ayında bizləri Galaxy S20, S20+ və S20e modelləri gözləyəcək. Bundan əlavə heç istisna deyil ki, gələn il Galaxy Note seriyası da öz adında 20 ədədini əldə etsin.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)