Galaxy S11 smartfonu 12000x9000 piksel keyfiyyətli fotolar çəkə biləcək

Galaxy S11 smartfonu 12000x9000 piksel keyfiyyətli fotolar çəkə biləcək

Texnologiya
11.11.2019 PAYLAŞIM

    Bu ilin avqust ayında Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX adlı kamera modulunu təqdim etmişdi. Bu kamera modulu Xiaomi şirkəti ilə birlikdə hazırlanıb. Buna görə də 108 MP-lik kameranı ilk əldə etmiş smartfonlar Xiaomi Mi Mix AlphaMi Note 10 (Çin bazarı üçün CC9 Pro) modelləri oldular. Lakin yaxın zamanda 108 MP-lik kameranı həmçinin Samsung smartfonları da əldə edəcəklər.

    Belə ki, tərtibatçılar One UI 2.0 istifadəçi interfeysinin üçüncü beta versiyasının kodunda 108 MP-lik kamera dəstəyinin izlərini aşkar ediblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə bundan sonra Samsung Camera tətbiqi 12000x9000 piksel keyfiyyətli fotoların çəkilməsini dəstəkləyəcək. Bu isə 108 MP-lik kamera modulunun sərgilədiyi foto keyfiyyətidir.

    One UI 2.0 istifadəçi interfeysinin kodunda 108 MP-lik kameranın konkret olaraq hansı smartfona quraşdırılacağı məlumatı yoxdur. Lakin çox güman ki, bu cür kameraya sahib olacaq ilk smartfon məhz Galaxy S11 olacaq. Şirkət həmçinin öz Galaxy A seriyasını da ilk olaraq 108 MP-lik kamera ilə təchiz edə bilər. Belə ki, keçən il məhz Galaxy A9 modeli şirkətin ilk 4 arxa kameralı smartfonu olmuşdu. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


The Office Coworking mərkəzini gəzdik | Ofisdə nələr var?

Biznes ofisləri rubrikamızda bu dəfə The Office-də yaradılan şərait ilə tanış oluruq.


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..