Galaxy S11 smartfonu 12000x9000 piksel keyfiyyətli fotolar çəkə biləcək
Elm & Texnologiya
11.11.2019
Farid Pardashunas
Bu ilin avqust ayında Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX adlı kamera modulunu təqdim etmişdi. Bu kamera modulu Xiaomi şirkəti ilə birlikdə hazırlanıb. Buna görə də 108 MP-lik kameranı ilk əldə etmiş smartfonlar Xiaomi Mi Mix Alpha və Mi Note 10 (Çin bazarı üçün CC9 Pro) modelləri oldular. Lakin yaxın zamanda 108 MP-lik kameranı həmçinin Samsung smartfonları da əldə edəcəklər.
Belə ki, tərtibatçılar One UI 2.0 istifadəçi interfeysinin üçüncü beta versiyasının kodunda 108 MP-lik kamera dəstəyinin izlərini aşkar ediblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə bundan sonra Samsung Camera tətbiqi 12000x9000 piksel keyfiyyətli fotoların çəkilməsini dəstəkləyəcək. Bu isə 108 MP-lik kamera modulunun sərgilədiyi foto keyfiyyətidir.
One UI 2.0 istifadəçi interfeysinin kodunda 108 MP-lik kameranın konkret olaraq hansı smartfona quraşdırılacağı məlumatı yoxdur. Lakin çox güman ki, bu cür kameraya sahib olacaq ilk smartfon məhz Galaxy S11 olacaq. Şirkət həmçinin öz Galaxy A seriyasını da ilk olaraq 108 MP-lik kamera ilə təchiz edə bilər. Belə ki, keçən il məhz Galaxy A9 modeli şirkətin ilk 4 arxa kameralı smartfonu olmuşdu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ