main-post-cover

    Galaxy S11-in keyfiyyətli render fotoları təqdim olundu

    Elm & Texnologiya
    22.11.2019
    Farid Pardashunas
        Çox zaman məlumatları təsdiqlənən OnLeaks ləqəbli məşhur insayder Samsung Galaxy S11 smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, gələn il təqdim ediləcək smartfon özündə əvvəlki modellərin özəlliklərini və tamamilə yeni dizayn özəlliklərini birləşdirəcək. Bu barədə 91mobiles saytı xəbər verib. Son illərdə şirkət öz smartfonlarındakı dizayn məsələsində 2 illik dövr strategiyası üzrə gedirdi.
        Belə ki, Galaxy S7 modeli Galaxy S6-dan, Galaxy S9 isə Galaxy S8-dən çox az fərqlənirdi. Bu tendensiya üzrə Galaxy S11 modeli Galaxy S10-nun daha təkmilləşdirilmiş versiyası olmalıdır. Lakin təqdim edilmiş render fotolarına əsasən Galaxy S11 modeli Galaxy S10-dan bir qədər fərqlənəcək. Belə ki, ön paneldən smartfon Galaxy Note 10 modelini xatırladacaq.
        Ekranın yuxarı hissəsinin mərkəzində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Ekranın əyilmiş kənar hissələri isə daha az nəzərə çarpacaq. Ekranın yuxarı və aşağı hissələrindəki çərçivələrin ölçüləri kiçiləcəklər. Smartfonun arxa panelinin yuxarı sol hissəsində düzbucaqlı sahə yerləşəcək və həmin sahənin daxilində 5 kamera quraşdırılacaq. Galaxy S11-in gələn ilin fevral ayının sonunda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər