main-post-cover

    Galaxy S11-in kameralarının testlərinə start verilib

    Elm & Texnologiya
    07.10.2019
    Farid Pardashunas
        Galaxy S11-in təqdimatına hələ bir xeyli vaxtın olmasına baxmayaraq internetdə onun əsas özəlliklərindən biri barəsində məlumat ortaya çıxıb. Belə ki, testlər üçün nəzərdə tutulmuş təchizatın istehsalı ilə məşğul olan Mecatech Systems şirkəti bildirib ki, o, Samsung-un yeni flaqman smartfon modelinin kameralarını test etməyə hazırlaşır. Bu barədə Gizchina saytı xəbər verib. Bu cür testlər adətən kameraların keyfiyyətlərinin yoxlanılmasının sonuncu mərhələsində keçirilir.
        Məlumata əsasən Galaxy S11 modeli 4 arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 108 MP-lik olacaq. Yeni kamera modulunun özəllikləri sırasında 5 qat optik zoom və şirkət tərəfindən bir neçə müddət bundan öncə patent edilmiş infraqırmızı spektrometr olacaq. Gözləntilərə əsasən həmin infraqırmızı spektrometr vasitəsilə smartfon qida məhsullarının keyfiyyətlərini və infraqırmızı şüa vasitəsilə istifadəçinin səhhətinin vəziyyətini təyin etməyi bacaraq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər